9/10
·348 syf.··
2026 15. kitabı
·
395 günde okudu
·
Okunma: 21 Nisan 2026 22:32
Tam 1 yılı geçmiş kitaba başlayalı ve bugün bitiriyorum hayatımda başlayıpta bu kadar geç bitirdiğim bir kitap olmadı başka sanırım. Bu hala kitabın kötülüğünden değildi tabiki aksine sindirerek aklıma kazıyarak okumamdan mütevellit yoksa Fatma hanımın dili çok sade, nahif, anlaşılır. Çoğu zaman Allah’ın bir ismini okuyup çokça ara verdim, bazen peşpeşe okudum. Geceleri bir isim okuyup onu zikrederek anlamını düşündüm. Bu açıdan çok verimli oldu benim için. Kitapta önce Allah’ın bir ismi kısa manaları ile başlık olarak veriliyor sonra ne demek bunu açıklıyor sonra insana bu isim tesir ederse nasıl görünür onu açıklıyor toplamda her isme 3-3,5 sayfa ayrılmış kısa ve alaşılır. Ali Osman Tatlısu’dan da okumuştum ona da çokça atıf var zaten. Kendimce aldığım Esmaül Hüsna anlamları, arada dönüp kısaca bakmak adına… Allah: bütün Kemal sıfatları kendisinde toplayan Rahman: nimet veren Rahim: merhamet eden Melik: Tek Hükümdar Kuddüs: eksiklikten uzak Selam: selamet veren El Mümin: emin kılan El Müheymin: gözeten, koruyan El Aziz: yücelik sahibi El Cebbar: istediğini yaptıran El Mütekebbir: Herşeyden büyük El Halık: Yoktan yaratan El Bari: Birbirine uygun yaratan El Musavvir: Şekil veren Ya Gaffar: bağışlayan, kusurları örten El Kahhar: herşeye hakim, yenilmeyen El Vehhab: karşılıksız veren Rezzak: rızık veren Fettah: zorlukları açan, hayır kapılarını açan Alim Allah: her şeyi bilen Kabıd: sıkan, daraltan Basıt: genişleten, açan Hafid: aşağı indiren Rafi: yukarı kaldıran Muizz: izzet veren Müzill: hakir, zelil eden Semi: Her şeyi işiten Basir: her şeyi gören El Hakem: hakkı yerine getiren, son hükmü veren
99 Esma Sonsuz ManaFatma Bayram · Diyanet İşleri Başkanlığı Yayınları · 2025812 okunma
10/10
·112 syf.··
2025 9. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Ağustos 2025 00:00
İblis, məktəb vaxtı oxuyub oxumadığım tam yadımda olmayan və böyük yazıçı və mütəfəkkirimiz olan Hüseyn Cavid'in şahəsəridir. İblis əsərində müharibənin gətirdiyi fəlakətlərdən, səfalətdən və insanlığın bu səfalətdən bezməsi gözəl bir dillə təsvir olunur. Bəzi yerlərsə daha dərindən oxunmalı və başa düşülməlidir. Kitaba adını verən İblis fiquru isə daim insanları aldatmağa, yoldan çıxartmağa çalışıb insanlar arasına ədavət salmaq məqsədləri güdür. Hətta başda : "Uymam sana, hər məl'ənətin bəncə ə'yandır, Dəf' ol da get, azğınları, sapqınları qandır; Hürriyyətə əsla bəni sən irdirəməzsin, Bir zülmət ikən nuri-həqiqət verəməzsin." Deyən Arifi belə öz sözləri ilə inandırıb yoldan çıxarmağı bacarır. Həmçinin İblis özü olmadan da insanların arasını vuracaq birilərinin olduğunu bu sözlərlə: "Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar" Təsdiqləyir. Əslində isə İblis heç kimi aldatmır. İblis şübhəsiz ki, bəzi insanların içindədir. Ona inanmaq istəyən onun aldatmasına ehtiyyac qalmadan ona inanır. İnanmaq istəməyən üçün isə elə bir təhlükə yox deməkdir. Hüseyn Cavid'də bu bəzi insanları İblisin dilindən belə təsvir edir : "İblis nədir ? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir ? -İblis..." Kitabda hər zaman sevdiyim, istifadə etdiyim və ölkəmizin hər bir yerinə böyük hərflərlə yazılmasının lazım olduğunu düşündüyüm o möhtəşəm sözlər keçir : "Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət,mədəniyyət, mədəniyyət..." Bu sözləri də ancaq Hüseyn Cavid kimi böyük bir şəxsiyyət düşünüb yazabilərdi onsuz. Kitabı oxuduqdan sonra Hüseyn Cavidin həyatını daha yaxşı anlamaq üçün "Cavid ömrü" filminə baxmağınızı da tövsiyə edirəm. Hamıya xoş mütaliələr.
1000Kitap
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
Reklam
Puan vermedi·348 syf.·
Beğendi
·
2025 14. kitabı
fatma bayram’ın okuduğum ilk kitabıydı, son olmayacağını da söyleyebilirim. dilinin basit, sade ve akıcı olmasını sevdim. dini kitaplarda olan yoğunluk yoktu, okuması da o yüzden pek keyifliydi. Allah’ın 99 esma’sından ve bu isimlerinin insanlarda nasıl tecelli ettiğini yani nasıl görünür olduğunu anlatıyor. kitapta, Allah’ın isimlerini bilmek hayatı doğru yorumlamaya ve kalpteki endişeleri azaltarak ümit ve güven duygusunun yerleşmesine yardım edeceğini ve A’râf suresinin 180.ayetinde de esmalarla dua etmemiz emrolunduğu yazıyor. Kur’an-ı Kerim’de çeşitli kelime kalıplarıyla Allah’a nispet edilmiş olan isimlerin sayısını 313’e kadar çıkaranlar vardır. Beyhakî’ye göre hadisteki doksan dokuz sayısı, en meşhur ve manaca en açık olan isimleri kapsamaktadır. Allah’ın isimlerinin hepsi birbiri ile ilişkilidir. 99 esma kitabından Allah’ın bazı isimlerini ve insanda nasıl görünür olduğundan bahsedeceğim. -ism-i cami: Allah, bütün varlığın yoktan var edicisi, her şeyin devam ve tekâmülünün kendisine bağlı olduğu yüce varlığın diğer bütün isimlerini içine alan en kapsamlı ismi… Allah isminin tecelli ettiği kullar bu ismin kapsayıcılığı nedeniyle güzel ahlakın bir bütün olarak tecessüm ettiği kullardır. tasavvuf onlara “insan-ı kâmil”; bugünün psikolojisi ise “kendini gerçekleştirmiş insan” diyor. bu insan zıtların çelişkisini tevhidin bütünlüğüne dönüştürmeyi başarabilmiş, tam bir huzura kavuşmuş kişidir. -bütün kusurlardan münezzeh: Kuddûs, Rabbimizin her türlü eksiklik ve kusur şaibesinden arınmış ve tertemiz oluşunu ifade eder. Kuddûs isminin tecellisi, insanın hem beden hem ruh olarak arınmaya çalışması, ahlakını temiz tutması, haramdan sakınması, kalbini kötü niyetlerden temizlemeye çalışmasıdır. -huzur ve barışın tecellisi: Selâm, akla gelebilecek bütün eksikliklerden
99 Esma Sonsuz ManaFatma Bayram · Diyanet İşleri Başkanlığı Yayınları · 2025812 okunma
Cümlə xəyanətlərə bais
10/10
·112 syf.··
2024 10. kitabı
Əvvəla qeyd etmək istədiyim bir məqam var ki, əgər mənim kimi dilinə (osmanlı-türk ləhcəsi və ərəb-fars sözləri) və poetik dram janrında yazılmasına görə kitabı oxumağa tərəddüd edənlər varsa, gözləməsin və oxumağa başlasın. Boş vaxtınız varsa və sakit bir mühitdəsinizsə, ən çoxu 2 saata oxuyub bitirə biləcəksiniz. Hüseyn Cavid bu əsəri 1918-ci ildə yazmışdır. Həmin il Mart Soyqırımı zamanı Bakıda ermənilərin əsarəti altına düşənlər arasında Hüseyn Cavid də var idi və o zaman cəmi 2 nəfər sağ qalmışdı. Onlardan biri Seyid Hüseyn, digəri isə Cavidin özü idi. Əsirlikdən yaxa qurtarandan sonra da elə İblis əsərini yazmağa başlayır. Əsərdə xeyirlə şər arasındakı dərin uçurum oxucuya aydın şəkildə çatdırılır. Xüsusilə də, insan təbiətinin nə qədər qarışıq və anlaşılmaz olduğu gözəl şəkildə vurğulanır. Əsərdə insanlığın əslində nə qədər çirkin, murdar ola biləcəyi göstərilir. Sujet xətti o qədər yaxşı düşünülüb ki, bəzən durub fikirləşirsən ki, İblis burada həqiqətənmi mənfi obrazdır? Zənnimcə, İblis burada sadəcə mənfi obraz kimi, yəni pislik simvolu kimi təsvir olunmur. Eyni zamanda, insanın öz daxili aləmində özü ilə yaşadığı münaqişəni əks etdirən bir ayna kimi təsvir olunur. Yəni, heç bir insan süddən çıxmış ağ qaşıq deyil. Səhvsiz, günahsız insan yoxdur. Əslində başqa bir bucaqla baxsaq, belə çıxır ki, elə bütün bəşəriyyət, insanlıq hamısı iblisdir. Ən sevdiyim məqamlardan biri də elə bu idi: iblisin həm yaxşı, həm də pis davranması, lakin davranışlarının ümumi səbəbinin yenə də fırlanıb gəlib pisliyə, şər əlamətə dayanması. İblisin öz təbiətindən əl çəkməməsi, insanları manipulyasiya edib onları yoldan döndərməyə çalışması və bu çabalarının da verdiyi nəticələr olduqca heyrətamiz, eləcə də düşündürücü idi. Hətta əsərdə bəzi təəccübləndirən məqamlar da var idi ki,
2024 Okuma Raporları
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
9/10
·112 syf.··
Beğendi
·
2021 30. kitabı
•Mənzum-romantik dramaturgiyamızın banisi olan Hüseyn Cavid yaradıcılığından növbəti əsər.. ~"İblis" mənzum faciədir və Hüseyn Cavid bu faciəni 1918-ci ildə qələmə almışdır. Əsərdə müharibələrin törətmiş olduğu faciələr öz əksini tapmışdır. Ancaq bu müharibə səhnələrində heç bir reallığa yer verilməyib... ~Hüseyn Cavid "İblis" mənzum faciəsi ilə hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu bəladan xilas olmağa çağırmışdı... ~Əsərdə Arif obrazı diqqəti cəlb edir. O, həqiqət axtarışında olan obraz idi, amma onun xarakterində sonlara yaxın ziddlik yaranır. Belə ki, həqiqət axtarışında olan Arif obrazı kamil insana yox, qatilə çevrilir. Xavərin və qardaşı Vasifin qatilinə çevirilir. Əsərdə mifik obraz kimi İblis də iştirak edir. Onun sözü diqqəti cəlb edir, deyir ki, əsl günahkarlar iblis deyil, elə insanların özləridir... ~|Əsər İblisin monoloqu ilə bitir və bu monoloq Hüseyn Cavidin fəlsəfi düşüncələrinin yekunu kimi diqqəti daha çox cəlb edir: " İblis nədir? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis!.."
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
Puan vermedi·464 syf.··
2021 3. kitabı
·
35 günde okudu
·
Okunma: 01 Ağustos 2021 23:59
"Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə heç vaxt! Fərz edək ki, sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir. Ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər şey bitir. Yalanınızın üstü açılıb"...Yalanları kim danışır? Biz, ya bizi çirkin əməllərə sürükləyən iblis? Ədəbiyyatda iblis obrazına çoxsaylı əsərlər yazılıb. H.Cavidin İblisi və ya Hötenin şeytanla müqavilə bağlamış Faustunu oxuyanlar asanlıqla bu əsərlər arasında oxşarlığı tuta bilər. Bulqakov isə iblisi Voland cildinə saldı. Voland- Moskvaya insan cildində gəlmiş iblis şəhərdə aləmi bir-birinə vurdu, onun gəlişindən sonra müxtəlif müəmmalı hadisələr baş verdi. Volandın H.Cavidin İblis obrazından bir elə də fərqli yoxdur. Lakin Cavidin romantik İblisindən fərqli olaraq Voland daha realistdir. Müəmmalı Voland və onun qəribə komanda yoldaşları, gombul pişik və eynəkli əslində Sovet dövrünün tanınmış şəxsiyyətləridirlər. İnsanları günahlarına görə cəzalandıran və əfv edən Voland hər bir oxucuda fərqli təsəvvür formalaşdırır. Bəs əslində Voland kimdir? Voland Stalinin özüdür ki var! Yanındakı komanda dostları da, hər biri Stalinlə birgə xidmət etmiş digər vəzifəli şəxslərin protatipləridir... Bəli, az əvvəl nə dedim? Volandın cəzalandırdığı insanların hər birinin günahı var idi..Elə romanın əsas üstüörtülülüyü də məhz buradadır. İlkin təəssürat olaraq oxucuda yaranan fikir işini düzgün yerinə yetirməyən şəxslərin cəzalandırılmasıdır. Bəs ümumiyyətlə günahsız insan varmı? Qəddarlığına görə Volandı müsbət obraz saymaq olarmı? Burada müəllif əslində mövcud sistemi tənqid etmişdir. Bəs bütün
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 201410,1bin okunma
Reklam