Düz bir hatta gitmeye devam edersek buradan mutlaka çıkarız. Aynı yöne doğru adımlar atmaya devam etmek bizi daireler çizerek koşmaktan daha çabuk ilerletir. İşin sırrı kararlı bir şekilde dümdüz yürüyebilmekte.
Yazıçının 2-ci kitabına başladım. Uşaq vaxtı baxıb bəyəndiyim bir film olanda, baş rol aktyor ya da aktrisasının istəyirdim bütün filmlərinə baxam. Elə bilirdim ki, aktyor bir filmdə ugurlu olubsa hamısında elə olur. Sonra bu düşüncə kitablarda da özünü göstərdi. Əslində isə heç vaxt belə olmur. Nə yazıçının bütün kitabları eyni sevilir, oxunur, nə də aktytor bütün filmlərdə uğurlu çıxışı ilə yadda qalır.
İkinci kitaba kitabdan yaxşı təəssüratlar almaq ümidi ilə başlamışam. Nəticəni kitabı bitirdikdən sonra paylaşacam.
Kitabı bitirdim. Oxuyacaq olsanız əvvəldə şəxsi inkişaf kitabı olduğunu düşünə bilərsiniz amma qətiyyən elə deyil. Yazıçının öz həyatında baş verən hadisələrdən və onlardan çıxardığı nəticələrdən bəhs olunur. Gözə, qulağa xoş məsləhətlər verir ara-sıra. Elə səhifələr var ki, bir cümlədən, bir məsləhətdən ibarətdir. Yazıçı sevdiyi mahnı playlistini, sevdiyi filmləri, kitabları, yazıçı və şairləri kitabda qeyd edir. Müxtəlif zamanlarda yaşayan filosoflar və onların düşüncələrini tez tez qeyd edir. Bir sözlə adamı yormayan, adı kimi "rahatladan kitab"dır.
"Felaketzedeler Evi" – yalnız bir yaddaş hekayəsi deyil; bütöv bir insan tipi və varoluş problemi üzərində qurulmuş dramatik romandır. Bununla yanaşı, sürgünlük və ekstremal şərait içində insanın canlanmaq, xəyal qurmaq arzusunun nə qədər güclü və eyni zamanda qəhrəmancasına olduğunu göstərir.