Nigar

Shantaram-Tanrının huzur bahşettiği kişi
Puan vermedi·863 syf.··
2026 2. kitabı
·
154 günde okudu
·
Okunma: 15 Ocak 2026 15:36
Sanki kitab yox, maraqlı bir film izləyirdim.. Uzun zaman mənimlə olsa da , oxunmasi biraz uzun çəksə də ( həm səhifə baxımından nisbətən çox idi, həm də əlavə işlərim olmasından dolayı) kitabı qırağa qoyarkən öz-özlüyümdə:- “görəsən, indi başına nə gəldi, görəsən indi hansı macəra içindədir? “ dediyim bir kitab idi :) Kitab, həbsdən qaçaraq Hindistana qaçan bir adamdan, Lin’dən bəhs edir. Qarşısına o qədər ferqli bir mədəniyyət, fərqli insanlar çıxır kiii..İlk zamanlardan onlarin mədəniyyəti, inanclari ilə uyğunlaşmaq çətin olsa da zaman-zaman artiq onlardan biri kimi, hətta onlarin ən yaxını, ən doğmasına çevrilir, özünə yeni dostlar qazanır. Və biraz keçdikdən sonra onların balaca qəsəbəsində yaşamağa başlayır, yeri gəlir onlarla birlikdə iş görür, yeri gəlir onları müalicə edir, onların həkimi olur :) Kitabda onun, dostlarının başına gələn macəralardan, həm xeyanət, həm dostluq, həm də ölüm, cinayət ilə sınandığı bir həyat hekayesindən bəhs edir.
ShantaramGregory David Roberts · Artemis Yayınları · 20242,085 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·347 syf.··
Beğendi
·
2026 1. kitabı
Sarah Jio kitablarını hər dəfə alıb oxuyanda sanki ətrafda yaz havası, quşların gözəl səsi kimi bir hiss oyanır. Çox çox sevirəm yazdığı və indiyə kimi oxuduğum bütün kitablarını :) Yenə də deyəsən qışın bu az, hafif qarlı vaxtında yaz havasını hiss etməyi istədim və əlimə aldığım 1 gün içində bitirdim kitabı :) Sonunda gözlərimin dolduğu , həm həyacanverici , həm sevgi dolu, həm üzücü, həm əsəbi hisslər yaşadığım bir kitab idi.. Kitabın mövzusu-- müharibənin tam başlayan ən qorxunc dönəmində bir adaya həkim olaraq gedən Anne Calloway və onun dostu Kitty. Adaya gederkən bu ada seni çox dəyişdirəcək demişdilər, elə də oldu. O burada həm cinayət, həm dostluq, həm xeyanet ve sevgi ilə sınandı O sevdi, amma özü o araya gələndə artıq nişanli biri idi :( İllər keçdi və O adaya yenidən , o qədər hadisələr olandan sonra yenidən qayıtdı və bu dəfə eşitdikləri gördükləri çox çox təəccüblü idi :/
Yağmur SonrasıSarah Jio · Arkadya Yayınları · 201320,6bin okunma
Puan vermedi·112 syf.··
2025 14. kitabı
Əsərdə öz kiçik xəyal dünyasında yaşayan, ətrafında demək olar ki, dost, tanış olmayan bir oğlanın yolda bir qadınla rastlaşmağı ilə başlayır.Söhbətləri o qədər xoş keçir ki, bu görüşü hər dəfə təkrarlamağa və bir-birlərinə öz həyat hekayələrini danışmağa başlayırlar. Əsərdəki qadın Nastenka hər şeyini, sevgisini, hətta bir an içində qərar dəyişməsini də anladım, amma o biri adama gedərkən yarıda saxladığı adama ~məni sev, məni buraxma, məni görəndə əlini məndən çəkmə~ sözləri hirsimə səbəb oldu.Bir insan nə qədər boş ola ki, nə qədər egolu olar ki.. istəyir hər kəs ətrafında dönsün, elə hamı bunu sevsin..
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 2023102,2bin okunma
Puan vermedi·914 syf.··
2025 13. kitabı
·
13 günde okudu
·
Okunma: 07 Ağustos 2025 21:15
Bir neçə səhifə oxuduqdan sonra elə marağımı çəkdi ki, paralel oxuduğum 2 kitabı yarımçıq qoyaraq buna davam elədim) Demək olar ki hər yerə metro, qatar, iş, ev - hər yerdə mənlə idi :) Kitabı oxuyarkən baş verən hadisələrin həyəcanı, indi mi bilənəcək ya sonra mi bilinəcək qorxusu, hələ Roskolnikovun o balaca otağının realmış kimi beynimdə canlandırılması- bir sözlə möhtəşəm idi Ahh , Roskolnikov, elə depressiv obraz idi ki, o qədər qəmgin, narazı, amma yeri gələndə ağıllı , hazırcavab, bəzən mərhəmətli, bəzən zalım :( Kitabda Roskolnikovun bir qadını öldürmə planı ilə başlayir amma hesaba qatmadığı bir şey olur və hemin qadının qızını da öldürmək məcburiyyətində qalır.Başlarda məqsədi qadını öldürüb pullarına sahib çıxmaq olsa da o pulların demək olar ki heç birinə toxunmur. Kitabı oxuyarkən hər obrazın özünəməxsus xarakterleri, davranışları, səhv və doğruları.Demək olar ki əsərdə real həyatda olduğu kimi həm səhvləri , doğruları ilə bir çox maraqlı obraz var. Ən çox üzüldüyüm obraz Sonya idi. Hər şeyə rəğmən, hər hadisəyə rəğmən yenə də onun vəfası, sevgisi təqdirəlayiq idi amma bu qədər fədəkar da olmaq bişey deyil)
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,3bin okunma
7 meyit, 7 hökmdar, 7 antik pul, 7 qədim yer..nə baş verir??
Puan vermedi·590 syf.··
2025 4. kitabı
·
23 günde okudu
·
Okunma: 21 Haziran 2025 23:05
Bizantiondan İstanbula qədər uzanan həyəcanla dolu sərgüzəşt..Sarayburnunda, Atatürk heykəlinin dibində meyit.Meyidin ovucunda antik pul.Amma bu nə son meyiddir, nə də həmin pul son puldur. 7 meyit, 7 hökmdar, 7 antik pul, 7 qədim yer.. Kitabı oxuyarkən, hər bir cinayəti araşdırarkən İstanbul haqqında, İstanbulda olan tarixi yerlər haqqında bir çox məlumat əldə etmiş oluruq. Oxuduqca, hər dəfə bir şəxsdən, şəxslərdən şüphə duyurdum ta ki sonlara qədər bir cümlə, bir söz məni heç ağlıma gəlməyəcək adamlardan şüphələndirir və nəticədə də həmin şəxslər olur :( Biz qatil deyilik, biz sadəcə qurbanlarıq :(
İstanbul HatırasıAhmet Ümit · Everest Yayınları · 201943,1bin okunma