Elnarə Əbilova

Gənc yazarlarımıza dəstək olaq.
9/10
·184 syf.··
Beğendi
·
2023 15. kitabı
·
20 günde okudu
·
Okunma: 29 Haziran 2023 12:13
Kitab gənc yazarımız Əziz Qənbərova məxsus olmaqla dedektiv janrı əhatə edir. Kitab müəmmalı ölüm hadisəsi ilə başlanır və digər bölmələrində də bunun araşdırılması ilə davam edir. Kitabda diqqətimi çəkən bir məqam digər dedektiv əsərlərdə olduğu kimi daha təcrübəli deyil gənc şəxslərin cinayətin araşdırılmasına cəlb edilməsi oldu. Və əsas olan vicdan duyğusu️Ümumilikdə götürsək kitabda kiçik əksikliklər var idi və təbii ki bu normal haldır. Siz də kitaba şans verə bilər və fikirlərinizi yazarla bölüşə bilərsiniz. Xoş oxumalar.
2023 Okuma Raporları
Vicdanın KöməyiƏziz Qənbərov · Bakı, Zəngəzurda Çap Evi · 202118 okunma
10/10
·64 syf.··
Beğendi
·
2022 55. kitabı
·
6 saatte okudu
·
Okunma: 10 Aralık 2022 23:02
Birini sevirsən, həm də uşaqlıqdan bəri, amma tək tərəfli...Kitab bir məktubu əhatə edir və bu məktubu yazan qadın 13 yaşından bəri qarşı tərəfə olan sevgisini dilə gətirib. Bəzən bunun sevgi deyil də sitayiş olduğunu düşünürəm. Səni israrla görməyən birini bu qədər sevmək nə dərəcədə doğrudur?  Və ya özünü bu sevgiyə qurban vermək nə qədər ədalətlidir?  Bir də o bəyaz güllər vardı... Axıcı, bir gündə oxuya biləcəyiniz romandır. Məncə hər kəs bir dəfə də olsa bu məktubu oxumalıdır️
Kitap
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Martı Yayınları · 2018266,1bin okunma
Puan vermedi·144 syf.··
Beğendi
·
2022 34. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Ağustos 2022 08:14
Viktor Hüqo Paris küçələrində gəzən zaman bir qrup insanın bir yerə toplandığını görür. Həmin insanlara yaxınlaşdıqda bir nəfərin edam olunduğuna şahid olan yazıçı çox təsirlənir. Şahid olduğu bu hadisə nəticəsində "Ölüm Məhbusunun Son Günü" əsərini qələmə almağa qərar verir. Təsəvvür edin şüurlu şəkildə ölümə addım-addım irəliləyirsiniz, amma sizi bu ölümə məcbur edən şüursuz insanlardır. Əsərin qəhrəmanı edam gününə yaxınlaşarkən öz həyatını sorğuya çəkir. Və son günə qədər ümidini itirməməyə çalışır, azad olunacağını düşünərək... Qəhramanın yaşadığı duyğular elə onun dili ilə oxucuya çatdırılır.
Düşünce
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0152,1bin okunma
10/10
·192 syf.··
Beğendi
·
2022 32. kitabı
·
4 günde okudu
·
Okunma: 18 Ağustos 2022 13:26
Yazıçıdan ilk oxuduğum kitab #buşəhərdəkimsəyoxdur  olmuşdu və çox bəyənərək oxumuşdum. İkinci olaraq da #arxadakıkörpüləriyandırın  kitabını oxumaq nəsib oldu.Adətən, motivasiya kitabları çox vaxt məzmunca eyni olur. Amma bu kitab tamamilə fərqli idi. Kitabın ən diqqət çəkən cəhəti mənə görə real hadisələrə əsaslandığı üçün və tarixi faktlarla zənginləşdirildiyi üçün axıcı hala gəlməsi idi. #arxadakıkörpüləriyandırın sizə keçmişi keçmişdə qoyaraq irəliyə getməyi, uğursuzluqlardan faydalanmağı, istəklərinizə, məqsədlərinizə və arzularınıza istiqamət verməyi öyrədəcək. Kitabda eyni zamanda kitab oxumağın faydaları, psixologiya, şüuraltı mövzularına da incəliklə toxunulub. Eyni zamanda bu kitabda da Qurani-Kərimdən gətirilən sitatlar bir oxucu kimi mənə çox xoş təsir bağışladı. İlk dəfə olaraq bir kitabı normal oxuma sürətimdən aşağı oxuyurdum, çünki bitməsini istəmirdim:) Və yəqin ki irəliləyən zamanlarda təkrar oxuyacam. #buşəhərdəkimsəyoxdur 'da dediyim kimi oxuyun və oxutdurun
Psikoloji
Arxadakı Körpüləri YandırınRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2022374 okunma
10/10
·306 syf.··
Beğendi
·
2022 47. kitabı
·
13 günde okudu
·
Okunma: 27 Ekim 2022 20:54
Demə ki, qorxuram... Kitab real hadisələrə əsaslanaraq qələmə alınmışdır. Kitabımızın baş qəhrəmanı Samiyə adlı Somalili qızdır. Kitabı bir müddətdir ki, oxuyub bitirmişəm amma hələ də Samiyənin həyatı, məqsədi və əzmi haqqında düşünürəm. Qadın azadlığına qoyulan məhdudiyyətlərə baxmayaraq Samiyənin öz məqsədindən uzaqlaşmaması, çətinliyə düşsə belə daim məqsədini düşünməsi kitaba olan heyranlığımı artırdı. Miqrant kimi ölkəni tərk edəndə çox əziyyətlər çəksə də özünə cızdığı yoldan geri dönmədi Samiyə️Qadın taleyi ilə əlaqədar olan kitablar həmişə bir addım daha öndədir mənim üçün. Sevindirici hal təkcə odur ki, bu kitabımızda qəhrəmanımız nə zorakılığa məruz qalır, nə məcburi evlilik yaşamır. Atasının həmişə onu dəstəkləməsi və bacaracağına olan inancı mənə atamı xatırlatdıMüharibə şəraitində, həm də Somali kimi bir ölkədə atanın övladını dəstəkləməsi çox gözəl bir duyğu yaradır️
Düşünce
Demə ki, qorxuramGiuseppe Catozzella · Teaspress Nəşriyyatı · 201894 okunma