4/10
·382 syf.··
2025 10. kitabı
·
17 günde okudu
·
Okunma: 01 Haziran 2025 00:00
Məni tanıyanlar bilir ki, Elxan Elatlının yaradıcılığını çox sevirəm və onun kitablarını həmişə maraqla oxumuşam. Buna görə də müəllifin diqqətimi çəkən əsərlərini oxumağa çalışıram. Lakin etiraf etməliyəm ki, bu kitabı oxudum qədər də sevmədim. Kitab təxminən 400 səhifəyə yaxındır və mən onu oxumaq üçün bir həftəyə yaxın vaxt sərf etdim. Təəssüf ki, kitabı bitirdikdən sonra ona ayırdığım zaman üçün düşünməyə başladım. Mənim fikrimcə, kitabda xüsusi diqqətimi çəkən və ya uzun müddət yadda qalan bir mövzu yox idi. Əsər daha çox adi bir Azərbaycan ailəsinin həyatından və gündəlik problemlərindən bəhs edir. Bu, tamamilə şəxsi fikrimdir. Ola bilsin ki, bəzi oxucular kitabdakı ailə münasibətlərini, hadisələri və personajları məndən daha maraqlı hesab etsinlər. Amma mənim üçün "Susan Qadın" müəllifin digər əsərləri ilə müqayisədə zəif qalan kitablardan biri oldu və onu xüsusi olaraq tövsiyə edə bilmərəm.
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022571 okunma
10/10
·388 syf.··
Beğendi
·
2026 64. kitabı
·
17 saatte okudu
·
Okunma: 13 Mayıs 2026 13:34
Şeytanın Allahdan güclü olduğunu düşünüb ona dua edən bir uşaq… Elxan Elatlı mənə kitab oxumağı sevdirən bir yazardı. Onun kitabları o qədər bizi, millətimizi göstərir ki. Oxuyarkən yad bir şey oxuduğumu hiss etmirəm. Qambay Qasımlı….
Boş ÇantaElhan Elatlı · Teas Press · 202637 okunma
Reklam
Puan vermedi·332 syf.··
2026 86. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mayıs 2026 09:06
Deməli, qərar verdim ki, Elxan Elatlı soruşanlara niyə oxunmamalıdır deyə bilmək üçün ən az bir kitabını oxuyum. Oxuyanlardan araşdırdım, dedilər bu kitabı yaxşıdı. Oxuduqca bütün həyata nifrət elədim. Oldum olası zəif kişilərə nifrət etmişəm. Öz etdiklərinin məsuliyyətini daşıya bilməyən, həmişə başqalarını günahlandıran insan şalvar geyinsə, başına papaq qoysa da kişi olmur. Bu kitabda da kişi tam dediyim xasiyyətdə idi. Özünü hər şeydə qurban olaraq görüb, hər şeyi tanrının ona verdiyi pis qismət olaraq qiymətləndirən zəif bir insan idi. Hər nə isə. Oxuyandan sonra anladım ki, həqiqətən də vaxt itkisidir. Oxumayın, oxutdurmayın
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,199 okunma
7/10
·400 syf.··
2025 31. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Ekim 2025 00:00
Elxan Elatlının ən sevdiyim yazıçılardan biri olduğunu bilməyən yoxdur. Bu kitabı da oxumağım üçün məhz özü tövsiyə etmişdi və həmin dövrdə kitab kifayət qədər çox oxunurdu. Kitabı bitirdikdən sonra baş qəhrəman olan qadının düşüncəsiz davranaraq səhv etdiyini və sonda həmin səhvin cəzasını çəkdiyini düşünmüşdüm. Açığı, ilk oxuyanda mövzu mənə bir qədər sıradan və maraqsız gəlmişdi. Lakin zaman keçdikcə həyatda bəzi hadisələrə şahid olduqdan sonra əsərə baxışım dəyişdi. Anladım ki, bəzi şeylər insanın öz əlində olmur və həyat bəzən insanı istəmədiyi seçimlərlə qarşı-qarşıya qoyur. Məhz buna görə kitabın vermək istədiyi mesaj mənə daha aydın göründü. Məncə, həm düşündürdüyü, həm də həyatdan nümunələr daşıdığı üçün oxunmağa dəyər bir kitabdır.
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
3/10
·400 syf.··
Beğendi
·
2026 8. kitabı
Yene bir Elxan Elatlı klassikası )) kitablarının çoxunda bir ailə dağılırsa, cinayət baş verirsə və ya kiminsə həyatı alt-üst olurursa, müəllif bunun səbəbkarı kimi mütləq hansısa qadını göstərir. Ya qadın xəyanət etmiş olur, ya çox pul həvəskarı olur, ya da "sözə baxmır". Bu kitabdada elə idi bu dəfə hədəfi tələbə qızlar idi )) ​ Elxan Elatlı qadın personajlarını yaradanda onlara insan kimi yox, "ya belə olmalısan, ya da sən pissən" prinsipi ilə yanaşır. Müasir, öz ayaqları üstündə duran qadınları mənfi, ailəni dağıdan biri kimi qələmə verir. "Qadın zəifdir, qadın tez yoldan çıxır, qadın mütləq kiməsə tabe olmalıdır". Bu da təbii ki, elə təəssürat yaradır ki, müəllif qadınları aşağılayır və onları iradəsiz varlıqlar kimi görür.. Əgər siz ədəbiyyatda qadın personajların daha dərin, mürəkkəb və ləyaqətli təsvirini görmək istəyirsinizsə, Elxan Elatlının üslubu sizi məyus edə bilər..
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
7/10
·280 syf.··
2026 43. kitabı
·
25 saatte okudu
·
Okunma: 10 Nisan 2026 00:00
Şerlok Holmsun evdə olan ikinci kitabını da bitirdim və bununla da mənim üçün bu seriya tamamlandı. "Ebbi-Qreyncdə Qətl" hekayələr toplusu olduğu üçün əvvəlki kitabdakı o uzun və boğucu sıxıntı nisbətən az idi. Hekayələrin qısa olması oxunuşu bir az sürətləndirsə də, Şerlokun o məşhur "hər şeyi mən bilirəm, hər şey çox bəsitdir" tərzi yenə də ön planda idi. Bu obrazın o robotik və özündənrazı halları hələ də mənə uzaq gəlir. Kitaba adını verən hekayədə zalım bir ərin ölümündən sonra Şerlokun quru qanunları kənara qoyub vicdanı ilə qərar verməsi, bəlkə də kitabın ən yadda qalan tərəfi idi. Amma ümumilikdə götürəndə, bu hekayələr də məndə Elxan Elatlı romanlarında hiss etdiyim o dərin insani dramı və həyatın içindən gələn səmimiyyəti yarada bilmədi. Hər şey sanki bir riyaziyyat məsələsini həll etmək kimi qurulub; ruh və duyğu tərəfi mənə görə çox əskikdir. Mənim üçün detektiv sadəcə kimin öldürdüyünü tapmaq deyil, o prosesi detektivlə bərabər yaşamaq və sonda bir həyat dərsi almaqdır. Şerlokda isə ipucları oxucuya yox, sadəcə Holmsun dahi beyninə xidmət edir. Evdə olan kitabları bitirmək xatirinə oxudum və 10 üzərindən 7 bal verirəm. Şerlok seriyası ilə yolumu burada ayırıram, bir daha davam etməyi düşünmürəm. Mən yenə də öz bildiyim, o daha duyğusal və real həyat qoxulu detektiv dünyasına qayıdıram.
Sherlock Holmes Macəraları - Ebbi-Qreyncdə QətlArthur Conan Doyle · Qanun Nəşriyyatı · 2017429 okunma
Reklam
Reklam