Ah Werther, Werther..İmkansızı sevməklə özü özünü öz əlləri ilə həyatın pəncərəsindən atan Werther..İçindəki sevginin məhkumu olan Werther...Xəyalların azad dənizində üzən Werther.. Ahh Ruhu qoca bədəni gənc olan Werther! Qəlbini və ruhunu əsir alan sevginin qurbanı Werther!
-Bu dünyada birinin digərini anlaması o qədər də asan deyil(səh 48)
Kaş nə acılar yaşadığını dilə gətirə bilsəydin. Görəsən bunları öncədən bilsən yenə gedərdinmi Cəlladın Lotteni ilk dəfə gördüyün yerə? Yenə sevərdinmi onu?
Wertherin acılarını kitabı oxuyan hərkəsin hiss edə biləcəyini düşünürəm. Goethe'nin bir insanın hisslərini incəliklə yazan bir qələmi var.
İmkansız sevginin pənçəsində can çəkişən bir insanın dilindən oxuyun hərşeyi.. Wertherlə dost olub..onun acılarını dərindən hiss edin.. Zaman keçdikcə sevginin onun yaxasına yapışıb onu boğmasını..bütün həyatını sıxıb ovucunda saxlamasını oxuyub. Wertherin gözündən baxın birdə sevgiyə..
Ah Sevgi..Zamanın və məkanın aşa bilmədiyi tək şey Sevgi.. Ən böyük acıların kökü olan sevgi.. Sən nəsən axı belə?
Çox gözəl kitabdır. Oxuduğum ən yaxşı kitablardan biridir. Oxumağınızı tövsiyyə edirəm..
Xoş mütaliələr.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!