Yenə Stefan Zveyq və yenə qadın hisslərinin mükəmməl qələmə alınması.. Tanrım bu adamın qadın hisslərini ifadə etməsinə heyranlıq duyuram. Yazıçının növbəti kitablarını da gələcəkdə mütləq oxuyacağam. Kitabı bəyəndim. Yorucu bir kitab deyildi.. Axıcı idi və bir nəfəsdə bitirdim.
Kitabda Missis K orta yaşlarında iki övladı ilə birlikdə dul qalır və özünü səyahətə atır. Əsərin əvvəlində Missis K'nin qaldığı Hoteldə İki uşağını və yoldaşını tərk edib, yeni tanıdığı gənc oğlanla qaçır. Bu olaydan sonra Missin K'nin keçmiş acı xatirələri canlanır və o, oteldə tanıdığı bir gənc qıza 25 il əvvəl 1 gün içində yaşadığlarından danışır. 25 il əvvəl o gəzintidə olarkən qumarxanalardan birinə daxil olur və ordakı bir gənc diqqətini cəlb edir. Gəncin halının pis olduğunu və qumarxanadan çıxdığını görür. Onu çıxışdakı skamyada yağışın altında uzanarkən gördükdə isə həmin gəncin intihar edəcəyindən qorxub yardım etmək qərarına gəlir. Onu gecəylə ucuz bir otelə aparıb əlinə pul verir. Və səhər qatarla yola yola çıxıb öz evinə getməsi üçün bilet pulu vermətyi təklif etdikdən sonra bütün günü gəzintidə keçirirlər. və bu Missis K' də müxtəlif hisslər oyadır. Bəs Missis K qatar stansiyasına gənc oğlanla vidalaşmaq üçün gəldikdə nəylə qarşılaşır? Bu gənc onun həyatında nə kimi mühüm rol oynayacaq? Bu sualların cavabı maraqlıdırsa elə indi kitabı oxumaqa dəyər...
Ancaq sən yanımda olmayandan sonra dünyaya necə baxacam? Gülüşün olmadan günlərim necə aydınlanacaq? Sənə danışmayandan sonra bir kitabı oxumaqın nə mənası olacaq? Görünür, həyatın mənası həyatın bizə verdiyi mənalarda gizlidir. Qoxunu hiss etmədən, səsini eşitmədən, baxışlarını görmədən, əllərini tutmadan necə yaşayacam?