Elə bil ikiyə bölünmüşəm, ya özümdən qaçıram, ya özümün arxamca düşürəm. Mərkəzdə nəsə yoğun bir dirək var və mən o, dirəyin başına fırlanaraq özüm-özümlə qaçdı-tutdu oynayıram.
- Düzünü de, heç vaxt, heç vaxt unutmayacaqsan məni, eləmi? O, sakitcə, demək olar ki, pıçıltı ilə soruşdu.
- Həmişə xatırlayacam. Heç vaxt, heç vaxt unutmaram səni, Naoko!
Amma, deyəsən, xatirələr harasa yox olur, odur ki, çox şey artıq yadımdan çıxıb.