Esmer Qulusoy

Esmer Qulusoy
@esmerslibrary
Kitaplarla dolu bir ev, çiçeklerle dolu bir bahçe.️️️..
Siz güne necə başlayırsınız ?
Səhər yuxudan durarkən dediyiniz ilk söz nədir ? Hər birimizin, demək olar ki, hər gün dediyi hansısa söz var. Bu, pozitiv, yoxsa neqativ sözdür ? Bir vaxtlar yuxudan oyananda ah çəkərək "Aman Allah, daha bir gün..." dediyimi xatırlayıram. Günlərim elə bu ruhda, bir-birinin ardınca pis hadisələr baş verməklə keçərdi. İndi isə yuxudan oyanıb gözlərimi açmazdan əvvəl gecə rahat yatdığım üçün çarpayıma təşəkkür edirəm. Axı biz bütün gecəni birliktə keçirmişik. Daha sonra gözlərim hələ də qapalı ikən təxminən 10 dəqiqə həyatımdakı bütün yaxşılıqlara görə şükür edirəm. Hər şeyin yaxşı olacağını və həzz alacağımı təsdiqləməklə, günümü bir qədər proqlamlaşdırmış oluram. Bütün bunları yataqdan durmadan, meditasiya və dualarımı etməzdən əvvəl yerinə yetirirəm.
Sayfa 99 - Teass PRESS·Kitabı okudu
Tefekkür ve şükür
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Yatarkən bütün fikirlərimi toplayır, gün ərzində baş verənləri bir-bir xatırlayır və hər birinə görə təşəkkür edirəm. Özümü dərin yuxuya gedəcəyimə, səhər oyandıqda çox gümrah və yeni günə hazır hiss edəcəyimə inandırıram.
Sayfa 99 - Teas PRESS·Kitabı okudu
Tefekkür ve şükür
- Sevin uzaqdan gələn qardaşınızı. O İtaliyaya çoxlu məşhur şəxsiyyətlər, çoxlu zəhmətsevər əməkçilər və cəsur əsgərlər bəxş edən şanlı bir diyarda dünyaya gəlib. Sevin yeni dostunuzu, sevin ki, doğma şəhərindən uzaqda evi üçün darıxmasın. Qoy bilsin ki, İtaliyanın hansı məktəbinə düşür-düşsün, fərqi yoxdur, hər yerdə özünə qardaşlar tapacaq. - Dediklərimi unutmayın. Kalabriyalı bir oğlanın Turində, turinli bir oğlanın Kalabriyada özünü öz evindəki kimi hiss eləməsi üçün ölkəmiz əlli il müharibə aparıb. Otuz min italiyalı bu yolda canından keçib. Siz hamınız gərək bir-birinizə hörmət edəsiniz, bir-birinizi sevəsiniz. Kimsə sırf başqa əyalətdən olduğuna görə təzə yoldaşını təhqir edərsə, o şagirdin İtaliyanın üç rəngli bayrağına dik baxmağa haqqı çatmır.
Sayfa 16 - STRAUSS·Kitabı okudu
Kitaptan sectiklerim
Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Daxilimdə hər gün, hər an dövr edən gücün daha da böyük olduğuna inanıram. Bu kainatda yalnız Vahid Zəkanın olduğunu bildiyimdən özüm üçün müdrikliyə doğru yol açıram. Bütün cavablar, həll yolları, sağalma prosesləri və yeni yaradılmışları bu Vahid Zəkadan alıram. Bilmək istədiyim hər şeyin mənim üçün aşkarlandığını və bütün ehtiyaclarımı düzgün vaxtda məkanda və ardıcıllıqla ödədiyimi bilirəm, bu Gücə və Zəkaya inanıram. Mənim dünyamda hər şey gözəldir.
Sayfa 22 - Teas PRESS·Kitabı okudu
Olumlama
Kainatın qüvvəsi bizi heç vaxt mühakimə, yaxud tənqid etmir. Kainat bizi olduğumuz kimi qəbul edir. Sonra isə bizim inanclarımızı həyatımızda gerçekləşdirir. Əgər mən tənha olduğuma və heç kəsin məni sevmədiyinə inanmaq istəyirəmsə, həyatda bunu da görəcəyəm. Yox əgər "Hər yerdə sevgi var, mən sevirəm və sevilirəm" fikrini özümə təlqin etsəm və bu motivasiyaedici cümləni tez-tez tekrarlasam, bu fikirlər mənim üçün həqiqətə çevriləcək. Bu zaman sevgi dolu insanlar həyatıma daxil olacaq, həyatımda olan belə insanlar mənə daha çox sevgi göstərəcək və mən öz məhəbbətimi onlara asanlıqla bildirəcəyəm.
Sayfa 15 - Teas PRESS·Kitabı okudu
Psikoloji/Kişisel Gelişim