Ömrüm boyu gözümdə kam,
Bu həsrəti daşıyıram.
Mən birtəhər yaşayıram,
Təkcə səndən nigaranam...
Yandı qəlbim, soldu, keçdi,
Bir də sevmək daha gecdi,
Mənə olan oldu, keçdi,
Təkcə səndən nigaranam...
Mən sahilsiz bir gecəyəm,
Heç bilmirəm, kiməm, nəyəm,
Nə vecinə, mən necəyəm,
Təkcə səndən nigaranam...
Gəlib hərdən düşər yada,
O günlər bir nağılsa da,
Bütün dünya dağılsa da,
Təkcə səndən nigaranam...
Ömür ötür-keçir aram-aram,
Heç bilmirsən, bəlkə yoxam, varam,
Yalnız səni, səni soruşaram,
Təkcə səndən nigaranam,
Təkcə səndən nigaranam.