Kitab olduqca rahat bir dildə yazıldığından axıcı gedir.Müəllifin qələmini sevdim.Ancaq kitab mənə biraz bəsit gəldi.Yəni kitabın mövzusunu bir çox filmlərdə(əsasəndə türk),kitablarda müşahidə etmişik.
Buna rəğmən obrazların keçirdiyi hisslər həssas qəlbli insanlara təsir edə bilər).Ümumilikdə xoş və axıcı əsər idi.Payız aylarında oxumağınızı tövsiyə edərəm)
Yazarla ilk tanışlığım Bəlkə də bu həqiqətdir kitabı ilə olmuşdu.Üfüqün əks tərəfi əsəri də bir daha sübut edir ki,yazar öz xəyal gücünü çox yaxşı şəkildə bizə çatdıra bilir.Düzü bu əsərdə baş verənlər inanıram ki,real dünyamızda da bir gün reallaşacaq.Pis məqsədlər üçün istifadə edilməsə,bir birini ürəkdən sevən və taleyin onlara bəxş etdiyi xəstəlikdən ötrü bir birindən ayrı düşən sevgililər üçün ideal seçim ola bilər
Uzun müddət təsirindən çıxa bilməyəcəyiniz bir əsər.Bu kitab insana bütün duyğuları yaşatmağı bacaran kitablardandır.Sevgi,qürur,vicdan əzabı,
bağışlanma hissi kimi bir çox vacib məqamlara ən incəliklə toxunulmuşdur.Düşünürəm ki,hər kəsin oxumağı vacib olan kitablardandır.
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,3bin okunma
Marc Levy’nin bu əsəri həqiqətəndə olduğumuz anda qalmağı,baş verən üzücü,pis hadisələrin anı yaşamağımıza mane ola bilməməsini vurğulayan sürükləyici bir romandır