Dəlilik və Dühalıq. Arasında incə bir xətt var. Və bu xəttin üzərində gedib-gələn bir Asil'imiz var. Amma qəhrəmanımızın tərəddüddə qaldığı məqam sadəcə bu deyil. O həm də həqiqət və yalan arasında da ilişib qalır. Hakan Günday bu kitabında Asil'in həyatını dolaşığa salır. Nəyin həqiqət, nəyin yalan olduğunu aydınlaşdıra bilmirsən..
Kitab Asil'imizin bir məktub alması ilə başlayır. Həm də intihar etmək istədiyi gündə. 29 illik həyatının son günündə aldığı məktub onu çaşbaş salır. Məktubda onun, əslində, "geri zəkalı" deyil də, bir "düha" olduğu yazılır. Və sən demə, bu məktubu o, hələ uşaq ikən gələcəkdəki özünə yazıbmış. Amma bu da tərəddüdlüdür. Çünki anası ona başqa bir hekayə danışır, atası isə bambaşqa hekayə danışır. O isə hər ikisi ilə də razılaşmır..
Və budur, o ailəsini öldürmək qərarına gəlir. Düşünürsüz ki, o, ailəsini ona yalan danışdıqları üçün, uşaqlıqdan "axmaq" deyərək böyütmələri üçün öldürür? Xeyr! Ailəsi onun ölümünü görüb kədərlənməsinlər deyə, ilk öncə onları öldürmək qərarına gəlir, sonra intihar etmək istəyir. :)
Ancaq bu məktub onun fikrini tamamilə dəyişir. O, bu dühalığından istifadə etmək qərarına gəlir. Və beləcə, onun bu qərarı gələcəyinə xitam verir..
Asil həqiqətlərlə üzləşməmək üçün, özünə yaratdığı yalan dünyanı çıxış yolu hesab edir, amma bu da onun çöküşünə səbəb olur. Ona təqdim olunmuş bilgi, bacarıq və düşüncələrin ağırlığından zehni çökür və dəli olmağına səbəb olur. Bəzi məqamlarda, o, özü belə öz həyatına nəzarəti itirir. İnsanlara dərs verməyə çalışır. İnsanların etdikləri pislikləri onların üzünə vurmağa çalışır. Və təbii ki, bu, insanlar arasında xoş qarşılanmır. Dəliliyin sonu intihar deyilsə, linçdir...
AzilHakan Günday · Doğan Kitap · 202411,3bin okunma