sən bu sərbəst göylərin
sərbəstcə ulduzusan.
qayğısız bir ölkənin
qayğı bilməz qızısan.
sərbəstdir alnındakı
qıvırcıq tellərin də.
sərbəstdir sənin kimi
gün görmüş ellərin də.
elə isə bir də coş,
səsin düşsün dağlara.
sən kimdən çəkinirsən?
qız hara,susmaq hara?
sən də bir küçə seç getməzdən öncə
bir şəhər seç unutmağa
bir uzaq seç darıxmağa
sən də getməzdən öncə
bir az dəyiş
bir az uzaq ol
sonra get
bu qədər yaxşıykən getmə,nolar
çətin olur yaxşıların gedişi.