İnsanlar gedər,dostluqlar bitər,münasibətlər dağılar. Əlində şəkillər,mesajlar,səslər qalar. Şəkilləri,mesajları silərsən,səsi unudarsan, sənə qalan yeganə şey xatirələr olar. Xatirələr insanlardan daha sadiqdir,ən kiçik problemdə səni tərk etmir.
Bəzən hansısa mahnı,küçə,kitab,bəzən də məna yüklədiyin hər şey xatirəyə çevrilir. Həmin şeylərin mövzusu açıldıqdaysa heç nə deyə bilmirsən,köksünə ağırlıq çökür. Bu, xatirənin yaxşı və ya pis olması ilə əlaqəli deyil,ən gözəl xatirə belə səni saatlarla ağlada bilər. Keçmişi sorğulamağa başlayarsan,bəzi insanlarla xatirəni paylaşdığın üçün peşman olarsan.
Əsas odur ki,xatirələrimizə sahib çıxaq,bizə qalan yalnız onlar olacaq. Və çalışaq ki,doğru insanların xatirələrində parlayaq🌞