Lou Andreas-Salome adını və onun Nitsşe, Rilke, Freyd kimi dahilərin həyatında necə dərin izlər qoyduğunu bu kitabı araşdırarkən öyrəndim. Müəllifin öz fəlsəfi təfəkkürünü və qadın azadlığına baxışını anlamaq üçün "Feniçka" əla bir başlanğıcdır. Cəmi 80 səhifəlik qısa bir povest olmasına baxmayaraq, arxasında böyük bir dövrün sosioloji və psixoloji yükünü daşıyır.
Kitabla bağlı ilk təəssüratım bir az enişli-yoxuşlu oldu. Açığı, ilk 15-20 səhifədə cümlələrin uzunluğu, fəlsəfi ağırlığı və o dövrün üslubuna uyğun edilən ağır tərcümə dili məni bir az yordu. Hətta bir anlıq mətni anlamaqda çətinlik çəkdiyimi hiss etdim. Lakin kitabı yarımçıq qoymayıb ortalarına doğru irəlilədikcə, yazıçının dilinə alışdım və əsər öz axıcılığını tapdı.
Gələk baş qəhrəmanımız Feniçkaya... Kitabı bitirəndə anladım ki, Feniçka cəmiyyətin idealizə etdiyi, qüsursuz və tamamilə "güclü" bir qəhrəman değil. O, sadəcə öz dövrünün qadın qəliblərindən (mütləq evlilik, ailə, cəmiyyətin gözləntiləri) kənara çıxa bilmiş, fərqli bir qadındır. Digərləri kimi olmaması onu zahirən güclü göstərsə də, daxilində hamımız kimi qorxuları, tərəddüdləri və ziddiyyətləri var. Müəllifin bu xarakteri mükəmməl deyil, məhz qorxuları ilə bərabər mübarizə aparan real bir insan kimi təsvir etməsi əsəri daha səmimi edir.
Əslində Salomenin bu əsərdə öz həyatından, xüsusilə Nitsşenin evlilik təklifini rədd edib azadlığı seçdiyi o gənclik illərindən ilhamlandığını öyrəndiyim üçün, kitabın sonundakı qərarlar və daxili çəkişmələr oxucuya daha çox təsir edir. Müəllifin real həyatı ilə əsər arasındakı bu paralellik kitabı mənim üçün daha da maraqlı etdi.
Yekun olaraq: İlk başda dili ilə sizi bir az sınağa çəksə də, fərqli olmaqla güclü olmaq arasındakı o incə cizgini görmək, bir qadının fərdi azadlıq axtarışına şahidlik