Çərənçi insanın nitqi xırdavat dükanına oxşayır, orada ucuz qiymətə hər şey tapmaq mümkündür. Sözlərinin qiymətini bilən insanın nitqi isə zərgər dükanı kimidir – satdıqları az olsa da, qiymətlidir. Çalış, sözlərini ucuz satma…
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ancaq səninlə, az da olsa, həmrəyəm: həyatın mənası yoxdur. Daha doğrusu, həyatın standart mənası yoxdur. Sən nə məna versən, həyatın da o mənaya bürünəcək. Həyatı çılpaq vücuda bənzədə bilərsən; rəngbərəng və fərqli paltarlar vücuda fərqli görünüş verdiyi kimi, həyatına gətirəcəyin fərqli mənalar da onun istiqamətini və keyfiyyətini dəyişə bilər.
Bugünkü həyatımız beynimizə keçmişdə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan narazı qalmaq istəmiriksə, vaxtında düzgün toxum səpməliyik. Çünki qanqal toxumundan qızılgül cücərmədiyi kimi, mənfi düşüncələrdən də xoşbəxt həyat yaranmaz.
Sən heç meşənin səsinə qulaq asmısanmı? Mən sənə bulaqların şırıltısından, həşəratların cırıltısından, ya da ki quşların cəh-cəhindən danışmıram – bu onların öz səsidir. Gözlərini yumub diqqətlə qulaq kəsilsən, bütün meşənin ahəng içərisində budaqlarını sağa-sola yelləyərək zümzümə etdiyini eşidərsən. Bəlkə də, o zümzümə etmir, sadəcə, nəfəs alır. Ancaq onun nəfəs almağı belə nəğmə kimi səslənir.