Puan vermedi·304 syf.··
Beğendi
·
2026 26. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Nisan 2026 14:42
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam.
Məndə Sığar İki Cahanİmadəddin Nəsimi · Qanun Nəşriyyatı · 201921 okunma
Puan vermedi·80 syf.··
2026 9. kitabı
Mikayıl Müşfiq – “Yenə o bağ olaydı” Şairin qələmi ilə ilk dəfə bu kitab vasitəsilə tanış oldum. Düzü, daha əvvəl heç bir şeirini oxumamışdım. Bir dostumun hədiyyəsi sayəsində oxudum və yaxşı ki, oxumuşam. Çünki elə bir qələmdir ki, haqqında nə desən, yenə az olar. Kitabda bəyəndiyim şeirlər də oldu, lap çox sevdiklərim də. Onları da ayrıca paylaşmışam, istəyənlər göz gəzdirsin. Məni bu gözəl qələmlə tanış olmağıma vəsilə olan dostuma bir daha təşəkkür edirəm. Düşünürəm ki, bundan sonra da şairin digər şeirlərini tez-tez oxuyacam.. Şeir qədər gözəl gün arzulayıram, hər birinizə.. Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
1000Kitap
Yenə O Bağ OlaydıMikayıl Müşfiq · Xan Nəşriyyatı · 202465 okunma
Reklam
8/10
·456 syf.··
2022 5. kitabı
·
1 saatte okudu
·
Okunma: 13 Nisan 2022 00:00
Məhəmməd Füzuli - ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qal-dırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütə-fəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir.
Fələklər Yandı Ahimdən...Fuzuli · Bakı Kitab Klubu · 013 okunma
Puan vermedi
sabahattin ali’nin bir diğer kitabı olan içimizdeki şeytan’ı okumaya başlayıp daha ortalarına gelmeden bunalarak bırakmıştım. herhalde diğer kitapları da öyledir diye düşünmüştüm, yazım dili bana ağır gelmişti. ayrıca sürekli devam eden upuzuuun diyaloglar hiç gerçekçi değildi ve o hissiyat beni rahatsız ediyordu. oda arkadaşımın ısrarı üzerine kürk mantolu madonnaya başladım ve yaklaşık 3 saatte falan tek oturuşta bitirdim… ön yargılarım konusunda küçük bir ders de olmuş oldu bu bana çünkü düşündüğümün aksine- yine edebiyat olarak ağır bir dili olsa da- bu kitabı çok güzeldi… sanırım konusu da beni içine çekti. birazcık bile gizem varsa bir kitapta hemen içine dalıveriyorum ön yargılarıma rağmen okuduğum için çok mutluyum içeriği hakkında denilebilecek pek az şey var, zaten bu kitabı okumayan bir ben vardım herhalde flkfşsksl raif efendinin babasına epey kızgınım çünkü raif’in gerçekten de ruhunu öldürmeyecek, aksine onu besleyip büyütecek bir hayatı olabilirdi… ama elden bir şey gelmez, neyse… fazla söze gerek yok, gerçekten kütüphanemdeki en değerli kitaplardan bir tanesi oldu benim için 🩷 oda arkadaşıma bunu okumam için beni teşvik ettiğinden ötürü teşekkür ediyorumm
Duygu ve Düşünce
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,3bin okunma
Puan vermedi·384 syf.··
2024 2. kitabı
Ah Fələstin! Sən illərdir nələr çəkmisən! Fələstin və İsrail xalglarını bir birinə düşmən edən hansı ideologiyadır? Hansı səbəbdən bu xalglar bir birlərinə düşmən olub? Nazilərin yəhudilərə etdikləri zülmlərin cəfasını Fələstinlilərmi çəkməlidir? Hansı daha çarəsizdir öz evlərindən, vətənlərindən didərgin olan Fələstinlilərmi yoxsa köklərinin kəsilməsini gorumağa çalışmag üçün başga məmləkəti zorla özününkü etməyə çalışan İsraillilərmi? Bütün bunlar planlıdırmı? Kimlər, hansı güvvələr tərəfindən planlanmışdır? Biri Fələstinli digəri İsrailli gənc bir birini sevə bilərlərmi? Ah! Göz yaşlarıyla oxuduğum kitab... Əhmədin zəkası, sevdiyinin mərhəməti...bu iki gücün sayəsində bir birinə govuşan iki nəfər. ____ Əhməddən öyrəndiyim şey heç vaxt vaz keçmə. Əlbət fələk üzünə güləcək.
Alıntı
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,647 okunma
Frensis S.F. Möhtəşəm Qetsbi
6/10
·136 syf.··
Beğendi
·
2024 35. kitabı
Gözləntimi qarşılamayan bu kitab filmi var deyə diqqətimi çəkmişdi. Ancaq əsərin fəlsəfiliyi yetərli deyildi. Əsgərlikdən qayıdan kimi filminə baxacam. Bəlkə filmi kitabdan daha fəlsəfi olar. Əsərdə hər kəs zəncirin bir halqasıdır. Qetsbi bir zəncir halqası, Dezi bir zəncir halqası, Nik özü belə bir halqadır. Həmçinin digərləri də. Fələk bütün halqaları birləşdirir və ani olaraq qoparır. Gözlənilməz son hamını təəccübləndirə bilir. Ancaq inanmıram ki, hansısa oxucu sonluğu belə gözləsin. Yenə də oxucu bizə reallıqları göstərmiş ola bilər. Oxumağa dəyərdi. Xoş oxumalar. Hələlik, gözəlim...
Möhtəşəm QetsbiF. Scott Fitzgerald · Qanun Neşriyyat · 202326,9bin okunma
Reklam
Reklam