Puan vermedi
Yaban Çiçeği Micalea Smeltzer Mövzu : Mən on səkkiz yaşımda idim, o isə otuz yaşında. Tamamilə ayrı dünyaların insanları idik, amma aramızdaki duyğu çox güclü idi. Gələcəyim hazırda böyük bir “bəs, ya belə olsaydı?” sualından ibarətdir və bu, mənim üçün problem deyil. Çox vaxt. Thayer Holmes qonşuluğa köçəndə, qaraqabaq peyzaj ustası məni həm heyran edir, həm də özünə çəkirdi. O, uşağını mənə etibar etmək istəyəndə bunun əlavə pul qazanmaq üçün gözəl bir fürsət olduğunu düşündüm. Thayer-a və onun balaca sevimli oğlunu sevməmək mümkün deyildi. Amma böyük bir problem var. Mən on səkkiz yaşımdayam. O isə otuz yaşında. Məndən təxminən on iki yaş böyük birinə aşiq olmaq planlarımda yox idi, amma bəzən həyat gözlənilməz anlarda baş verir. Təhlil : Oxuyub bəyəndiyim kitablarsırasındadır. İstər obrazlar istər kitabın yazılış tərzi hər şeyi ilə çox və axıcı maraq oyadıcı hekaye idi. İçində age gap (yaş fərqi) tropesi var və bu mənim ən sevdiyim tropeıerdəndir. Kitabda sevmədiyim tək şey orada olan bir hadisədir. Obrazlar bu hadisədən sonra toparlansalar da mən hələ də o hadisə məndə tr@vma bir sehne olaraq qaldı. Ümumilikdə kitabı sevdim fərqli bir şeylər oxumaq istəyən buna şans verə bilər. #yorum #kitapyorumu #yorumlar #kitab
Aşk
Yaban ÇiçeğiMicalea Smeltzer · Ren Kitap · 2022746 okunma
9/10
·170 syf.·
2025 4. kitabı
'Nazilərin dünyaya "ərmağanı"; insanın məna axtarışı və ya həyata tutunma texnikaları' Sevgi, sevi­len insanın fiziksel varlığının çok çok ötesine geçer. Sevgi en de­rin anlamını, kişinin tinsel varlığında, iç benliğinde bulur (53. səh). Viktor E. Frankl ● Açıqlama 1. Haluk Tatar - yazıçı, həmçinin də YouTube-da 2 mln civarı izləyicisi olan dərin bir şəxsdir. Ölməmiş izləyin və izlədin. Viktor Frankl - 'Üçüncü Vyana Məktəbi'nin qurucusu, Avstriyalı psixiatr və həmçinin, Nazi caniliyinin ən "göyçək" nümunəsi. Atası, anası, qardaşı və hədsiz dərəcədə çox sevdiyi həyat yoldaşı düşərgələrdə ölmüşdü və ya qaz otaqlarında yandırılmışdı. O isə ölmədi, özü və bacısı ailəsi adına geriyə qalan son yalnız fərdlər idi.. Loqoterapiya haqqında çox qısa məlumat vermək istəyirəm, ümidvaram, bununla çox yormaram sizi. Ən sadə və eyni zamanda kobud açıqlaması ilə belə demək olar ki, (yun. λόγος - məna, səbəb) — varlığın mənasının axtarışına əsaslanan ekzistensial psixoterapiya növlərindən biridir. Mən öz çapımda daha da sadələşdirməyə çalışsam, 'həyatının hədəf istiqamətini itirən insanlar üçün ən ideal liman' deyərdim. Frankl və davamçıları, mənadan xali yaşam tərzinə sahib insanların himayədarı və bələdçiləri olurdular bir növ və qısa kitabında nümunəyə az yer vermiş olsa da, düşərgə təcrübələrinə geniş yer ayıraraq öz çapında fikrini əsaslandırmağa çalışır. Saxlanılan şəxslərin düşərgədəki həyatlarına istinadən belə bir üç hissəli bölgü edir; 'Kampa alınışını izleyen dönem, kamp rutinine çok iyi uyum sağladığı dönem ve serbest bırakılışını izleyen dönem' (23. səh). Buna əsasən öz təlimini hissəli şəkildə oxucu ilə bölüşür. Bundan daha maraqlı və gündəlik həyatımıza tətbiq edə biləcəyimiz isə 'çelişik niyet' adını verdiyi loqoterapiya texnikasıdır. Frankl iddia edir ki, biz bir
İnceleme
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202651,4bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
5/10
·248 syf.··
2025 30. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Mart 2025 12:18
Kitabı yarılamışam amma yazıçı bir dəfə də olsun Türklərdən bəhs etməyib. Kitabın adını Avropa Tarixi 101 yazsa idilər bəyənmə ehtimalım olardı. Adı üstündə DÜNYA tarixi adlı kitab yazırsan amma dünyaya hökm edən Türklərdən yazmırsan. Kitab Romalıların Yunanlıların ətrafında dönüb durur.Yaxşı day nə qədər Romanı soxacaqsan gözümüzə?nəysə.Keçim digər bəyənməmə səbəblərimə.İlk öncə yəginki tərcümə məni sıxmağa başladı,daha sonra isə ancaq 6 cı sinifdə keçdiyim Tarixdən danışdı(məktəbdəki tarix daha maraqlı idi)Yəni məktəbdə tarix oxumusunuzsa bu kitab sizə dəxlisiz və sıxıcı gələcək. Ola bilər ki,içində arada maraqlı fakt və məlumatlar olsun amma yenə də mən bu kitaba isinə bilmədim. Zatən bir tarix kitabı xüsusən dünya tarixi 250 səhifə olması mənə qəribə gəlmişdi. Hər şey necə desəm”Yüzeysel” idi. Hal-hazırda həqiqətən çox yaxşı tarix kitabları var və bu kitabı oxuyub vaxtınızı itirməyin.Mən məsləhət görmürəm. Kitabı yarılamışam deyə oxuyub tamamlayacam. Sizə gələcək səfər daha yaxşı tarix kitabı ilə gələcəyimə dair söz verirəm
Dünya Tarihi 101-Bir Çırpıda Uygarlıklar TarihiTom Head · Say Yayınları · 20181,275 okunma
İlber Ortaylı ilə həyat məktəbi!
10/10
·288 syf.··
Beğendi
·
2022 7. kitabı
·
45 günde okudu
·
Okunma: 04 Eylül 2022 10:01
İlber müəllimlə tanışlığımız bu kitabla başladı. Gələcəyim, getdiyim yol, qarşıma qoyduğum hədəflərlə bağlı ziddiyyətlər yaşadığım, vizyonumun bulanıqlaşdığı bir gündə kitab rəfimdə gözümə sataşdı və beləcə birlikdə gözəl bir səyahətə çıxdıq. Kitab haqda onu deyim ki, tam bir həyat dərsi dadını verdi. Universitetdə sadəcə leksiya oxumayıb, həmçinin həyat reallıqlarından da bəhs edib, bizə həyat dərsi keçən müəllimlərimə bənzətdim. Kitabın açar sözü isə: MARAQ və BACARIQ idi. Sanki həyatı içindən, dolu-dolu yaşamaq üçün insana marağın lazım olduğunu və bacarıqlarından düzgün istifadə etməyi öyrənməli olduğumuzun zəruriliyini fısıldayırdı. Kitabda oxuyub bəyəndiyim çox cümlə, çox mətn, rəhbərim ola biləcək çox hissə var. Aralarından biri var ki, unutmamaq üçün özümə daim xatırladacam! “Bir yeteneğin varsa onu kullanabilmelisin. Dahası onu kullanabileceğin yeri görmelisin. Ve mutlaka ölçülü bir hayat yaşa. Tüketmeyen, kirletmeyen bir hayat… Her esen rüzgarda savrulmayacağın, düzenli bir hayat… Neyi öğrenebileceğine, neyi yapacağına kendinin karar verebileceğin bir hayat…”
1000Kitap
İnsan Geleceğini Nasıl Kurar?İlber Ortaylı · Kronik Kitap · 20227,9bin okunma
9/10
·157 syf.·
2021 16. kitabı
Kitabı tam da bu anda kəşf eləmiş olmağıma məmnun oldum. Nəvəsinin uşaqlığını bu qədər xırda detalları ilə xatırlaması, ona uydurduğu nağıllar, tapdığı çıxış yolları insana sevgini, nəvazişi dərindən hiss etdirir və yaşadır. Kitabın bu hissələri o qədər gözəl idiki. Məktublarda biz onun sadəcə nənə olaraq deyil, həmdə bir uşaq, bir ana, bir qadın olaraq da düşüncələrini, hisslərini oxuyuruq. Bəzən nənənin qızına məsləhətlərini dəyərli görüb, mən də özüm üçün nəticələr çıxardım. Bəzən də özünün, qızının, nəvəsinin uşaqlıq və gənclik inanclarını dəyərləndirərkən öz keçmişimə, həmdə gələcəyimə uzaqdan və fərqli gözlə baxıb dəyərləndirmək imkanım oldu. Onun baxışı mənə sanki fərqli bir perspektiv qazandırdı. Məktubların əsas mövzusu insanın həyatdakı məqsədi, ailə uşaq münasibətləri, bu münasibətin uşağın gələcəyinə təsiri, feminizm, qadınların azadlığı, dini inanclar, aşiq olmaq və s. idi. Və məncə kitabın əvvəlləri sonlarından daha qəşəng idi. Ümumiyyətlə məktublar və günlüklər birinin illər içində dəyişən düşüncələrini, hisslərini o günün canlılığı ilə daha dərindən əks etdirdiyinə görə onları oxumağı daha çox sevdiyimi hiss eliyirəm. Bu kitabı daha kədərli kitablar oxumayacam deyə qərar alıb, yaxşı hiss etdirən kitablar arayışında olarkən kəşf elədim. Və əslində kitab kədərlidir, bir o qədər də yaxşı hiss etdirmir amma onunla tanış olduğuma çox məmnun oldum. Kitabı kəşf eləməyimə vəsilə olduğu üçün Özgüm Coşkun a çox təşəkkür edirəm
Duygular
Yüreğinin Götürdüğü Yere GitSusanna Tamaro · Can Yayınları · 199619,5bin okunma