7/10
·423 syf.··
Beğendi
·
2026 105. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Haziran 2026 16:01
Son zamanlar oxuduğum kitablar içində ğn çtini olacağını düşündüm. Çünki ilk 150 səhifə işgəncə kimi gəldi. Ciddi ciddi bir aea yarım buraxmağı belə düşündüm. Amma sonra toparlandı. Maraqlı gəlməyə başladı və özünü oxutdu.
MirasTrisha Sakhlecha · Prime Kitap · 202552 okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Reklam
Puan vermedi·556 syf.··
2026 28. kitabı
19-cu əsrin sonu, 20-ci əsrin əvvəli, Londonda baş verən bir hekayə... Qəhrəmanımız Cefri Tempest özünü digərlərindən ağıllı hesab edən, gənc, amma uğursuz bir yazıçıdır. Lakin onun taleyi, uzaq qohumlarından birinin ona 5 milyon funt miras qoyduğunu öyrənəndən sonra tamamilə dəyişəcək. Bu pul, ona eyni zaman həm zənginliyin, həm şöhrətin, həm də kədərin qapısını açacaq. Lakin pulun ona gətirəcəyi şeylər, bununla sərhədlənmir, bu sərvət, ona həmçinin çox yaxın bir "dost" olan Şəhzadə Lusio Rimanezi də gətirəcək. Əsərdə əsas hadisələr, Cefrinin qazandığı sərvətdən sonra, Şəhzadə Rimanezin köməkliyi ilə yüksəlişindən və yuxarı təbəqəyə daxil edilməsindən sonra başlayır. Rimenez obrazına isə Türklər demiş, ayrıca "Parantez" açmaq lazımdır. Korelli İblis obrazını şər bir obraz kimi yox, tam əksinə iztirablarla dolu traqik bir obraz kimi təsvir edir. İblisin tək qurtuluşu bütün insanlığın saflığa və mərhəmətə dönüşüdür. Lakin günümüz dünyasında bu onun üçün mümkünsüz görünür... Kitabdaki əsas ideyanı, Oscar Wilde'ın bu cümlələri ilə əsaslandıra bilərik, "Şeytan sadəcə təklif edər, insan istərsə seçər..."
İblisin İztirabıMarie Corelli · Səbat Nəşriyyatı · 02 okunma
8/10
·71 syf.··
Beğendi
·
2026 8. kitabı
Pərviz Rzaquliyev, “Gecə ovçusu” Detektiv və müharibə janrında yazılmış maraqlı kitablardan biridir. Müəllif oxucunu sonadək maraq içində saxlayan süjet xəttu qurmağı bacarıb. Kitabın dili sadə və axıcı olduğundan rahat oxunur. Bu əsərdə əsas mövzular ədalət,intiqam və həqiqətin ortaya çıxmasıdır. Detektiv janrını sevən oxucular üçün son dərəcə maraqlı seçimdir. Son olaraq isə gənc yazıçı üçün son dərəcə uğurlu başlanğıcdır. Uğurlarının davamını arzu edirəm!
Gecə OvçusuPərviz Rzaquliyev · RF yayınları · 20268 okunma
8/10
·158 syf.··
2026 7. kitabı
·
26 günde okudu
·
Okunma: 08 Haziran 2026 11:01
Bəzən bəzi kitablar süjetindən çox, sənə hiss etdirdikləri ilə yadda qalır. Gənc doktorun anıları mənim üçün belə oldu. Kitab 1916–1918-ci illərdə ucqar kənd xəstəxanasına təyin olunan gənc bir həkimin hekayələrindən ibarətdir. Maraqlısı isə budur ki, əsər tamamilə uydurma deyil. Müəllif Mixail Bulqakov özü tibb təhsili alıb və həmin illərdə kənd həkimi kimi işləyib; kitabdakı hadisələrin çoxu onun şəxsi təcrübələrindən ilhamlanıb. Buna görə də əsərdəki qorxu, çaşqınlıq, özünə inamsızlıq və eyni zamanda məsuliyyət hissi inanılmaz dərəcədə real görünür. Kitabı oxuyarkən ən çox gənc həkimin təşvişi məni təsirləndirdi. O, tez-tez qorxur, səhv etməkdən çəkinir, özünü kifayət qədər yaxşı hesab etmir. Amma bütün bunlara baxmayaraq, yenə də xəstələrinin qarşısında dayanır, əlindən gələni edir və öyrənir. Cəsarətin qorxmamaq deyil, qorxa-qorxa irəliləmək olduğunu göstərir. Məni bu qədər təsirləndirməsinin səbəbi budur: iş həyatımın ilk illərində mən də özümü belə hiss edirdim. Hər şeydən əmin olmayan, səhv etməkdən qorxan, amma yenə də ən yaxşısını etməyə çalışan biri kimi. Ona görə kitabı oxuyarkən tez-tez düşündüm ki, əslində hamımız bir vaxtlar öz həyatımızın “gənc doktoru” olmuşuq. Bulgakov bu əsərlə təkcə bir həkimin peşəkar inkişafını deyil, insanın öz qorxularıyla üzləşərək böyüməsini də çox səmimi şəkildə göstərib. Və məncə, kitabın illər keçsə də aktual qalmasının səbəbi də məhz budur.
1000Kitap
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332bin okunma
17 yaşından yetkinliyə: Paşanın böyümə hekayəsi
9/10
·392 syf.··
Beğendi
·
2026 14. kitabı
·
5 saatte okudu
·
Okunma: 20 Haziran 2026 19:02
Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük. Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir) Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər. Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır. Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir. Mənim fikrimcə, “Tehranın damları”nın ən
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021607 okunma
Reklam
Reklam