Gönderi

272 syf.
7/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Yazarı Michael Ende olan Momo əsəri uşaq ədəbiyyatına aid olsa da Momonu tanıyan hər kəs ondan insanları sevməyi və onları necə dinləməyi öyrənəcək. Momonun zaman oğrularına qarşı mübarizəsi, Hori Usta ilə söhbətləri, Gigi və Beppoyla bağlılığı və dərrakəsi ilə bir çox insanın cavabsız suallarına ən gözəl cavabdır. Gigi və Beppo isə oxuduğum ən maraqlı, saf, təmiz dostluq nümunələrindəndir. Oxuduqca zamana qənaət edərkən əslində zamanımızı itirdiyimizi anlayırıq. Məsələ, həyatda zamana qənaət deyil, zamanı doğru dəyərləndirməkdir. Biz zamanımızı arzularımıza sərf etdiyimizdə zamanımızı itirmirik, dəyərləndirmiş oluruq. Bunu müasir dövrə uyğun dəyişsək, deyə bilərəm ki, məsələ saatlarla telefonda , kompüterdə olmağınız deyil, nə etdiyinizdir. Texnoloji vasitələri doğru məqsədlər, lazımlı məlumatlar üçün istifadə edərkən həmin saatları itirmiş sayılmırıq. Zaman qızıldır və biz o qızılı həyatımızın bəzəyinə çevirməliyik.
Momo
MomoMichael Ende · Qanun Nəşriyyatı · 201966,6bin okunma
·
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.