Gönderi

144 syf.
9/10 puan verdi
Ayın ilk kitabını bitirdim Oxuduğum kitab Çingiz Aytmatovun "Selvi boylum al yazmalım" kitabıdır.Yazarın "Dəniz kənarı ilə qaçan alabaş","Cəmilə","Gün var əsrə bərabər" kitablarını oxumusam.Ən çox bəyəndiyim "Gün var əsrə bərabər"kitabı olub.Və "Selvi boylum al yazmalım"da ənlərimə daxil oldu. Çoxumuz Türkan Şoray və Kadir İnanırın çəkildiyi "Al yazmalım" filminə baxmisız. Filmi ayrı bir gözəldi. Keçək kitabın mövzusuna. İlyas kimsesiz böyümüş gənc kamyon şofiridi.Bir gün kend yolunda maşının xarab olur və həmin müddətsə Asellə tanış olur.Asel gənc gözəl bir qızdı,lakin ailəsi onu tanımadığı, üzünü görmədiyi qohumları ilə evləndirməyə çalışır.Bu tanışliq nəticəsində gənclər tez-tez hemin yerdə görüşürlər.Bir gün evləndiriləcəyi üçün İlyasdan ayrilmali olduğunu deyir,amma İlyas Aselli basqasina yar etməməyi başına qoyur və Aseli qaçırdır,ailə qururlar və bu evlilikdən bir oğlanları olur, adını Samet qoyurlar.Lakin bu ailənin xosbəxtliyi çox çəkmir,İlyas Aselinə xəyanət edir, və evini tərk edir. Asel uşaqla ata-anasinin yanına gedə bilməzdi, bəs neynəyəcəkdi? Kitabda mənim ən sevdiyim karakter Baytemir oldu.Sən necə də gözəl qəlbə sahib bir insan idin.Sevginin seni sevirem demeklə deyildə,əmək vermək,hörmət etmək,qorumaq olduğunu öyrətdin.Yer üzünün sənin kimi insanlara ehtiyaci var
Selvi Boylum Al Yazmalım
Selvi Boylum Al YazmalımCengiz Aytmatov · Nora Kitap · 20179,7bin okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.