Gönderi

224 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Uzun zaman sonra oxuduğum ən-ən gözəl romanlardan oldu. Mənə doğma olan Qarabağ həyatı, Nuriyyənin iç səsləri, dialoqlar, qaravəllilər, zarafatcıl söhbətlər və ümumilikdə bütün əsər İlyas Əfəndiyevin qələmə aldığı ən saf, səmimi əsərlərdəndir. Fərqli duyğular ötürən bu roman Azərbaycan dəyərlərini, qadınların və kişilərin cəmiyyətdə rolunu, təmiz sevgini, hörməti sadə və axıcı dillə oxucuya göstərir. Əsərdəki o Qarabağ dialekti, ifadələr mənə o qədər xoş gəldi ki, eyni cümləni dəfələrlə oxuyurdum. Bəzən özümü Nuriyyənin yerində təsəvvür edib, onu gözəl anlayırdım və "Mən də olsam, belə edərdim" deyirdim. Nuriyyə öyrətdi ki, birisini sevmək öz xoşbəxtliyindən öncə onun həyatına, qərarına hörmət etməkdir; öyrətdi ki, bu dünyada insanın fədakər olması şərt deyil, sadəcə "Qismət deyilmiş" deyib gələcəyinə doğru irəli baxmaqdır. Və onu da öyrətdi ki, birinin xoşbəxt olması üçün başqası öz hisslərini boğmağı bacarmalıdır. Bir sözlə, bu romanı oxumağı şiddətlə tövsiyə edirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
·
481 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.