Gönderi

*Bu dünyada hər səadətin,hər xoş dəqiqənin bir sonu vardır.Bayaq aləmi gur işığa qərq edən günəş artıq batmamışdımı? *Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi? *Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar. Nənəm həmişə deyərdi ki, igid basdığını kəsməz.(Biz qadın olanda nə olar? Məgər, igidlik yalnız kişilərəmi aiddir?) *Mən özümü böyük eşqimə qurban verdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm... Mən uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım... *Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. *Kefli İsgəndərin bir sözü heç yadımdan çıxmır: " Hamı mənə deyir oxu, alim ol. Amma bir kəs demir ki, oxu adam ol!"
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.