Gönderi

Bəzən yıxılmaq istəyirəm. Əyilmək, sürünmək, hönkürtü ilə ağlamaq və qışqırmaq keçir içimdən. Dimdik və güclü olmağı bir neçə saatlıq bir tərəfə atıb acizliyimin kefini çəkmək istəyirəm. Özüm özümə "Bax, sən Tanrı deyilsən və əlindən gəlməyən şeylər də olur" deyib insan olmaq istəyirəm. O qədər insan olmaq ki, təkamül tarixini özüm başlatmaq istəyirəm. Sonsuzluğa gedən yolun qaçışına başlamaq, getmək, getmək, heç dayanmadan getmək istəyirəm. İstəyirəm ki, hər şeyi düşünüb heç nəyi düşünməyim. Kim haradadır, kim nə edib, kimə nə olub və ən əsas mənə olanlar nədirin dərdini çəkib bir yandan da dərdsizləşmək istəyirəm. Dolan bulud kimi birdən gurlayıb, nərə çəkib qəzəbimi parladıb sonra yağış kimi leysan olub tökülmək istəyirəm. Mən gücümü acizliklərdən yığıram, mən arada insan olmaq istəyirəm..
·
69 görüntüleme
Kitabsever okurunun profil resmi
Yetər ki,inan. İnsanın inanıb da edə bilməyəcəyi heç nə yoxdur. Əzm, önəmli olan odur. İradə! Əgər iradən güclü olarsa, maneələr sənə əngəl ola bilməz. (Sən dedim, üzürlü say)
saye.. okurunun profil resmi
Çox sağ olun 😊. Yox niyə ki istəsəniz deyə bilərsiz 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.