Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
Adı davamlı şəkildə qarşıma çıxan, bir uşaq kitabının niyə bu qədər sevildiyinə hər zaman təəccüb etdiyim kitabı oxumaq nəsib oldu, nəhayət. Və kitabın tilsiminə düşdüm. Bir neçə saata heç yorulmadan sanki içinizdəki o kövrək, o saf, məsum, hələki duyğuları xarab olmamış, baxışları bulanmamış uşaqla söhbətləşmə hissini sizdə buraxacaq bir kitabı kim sevməz ki?.. Bəli, "Küçük prens" məhz illərdir içinizdə susdurduğunuz uşağı danışdıracaq. Çoxdan böyüklüyün gözlərinizə çəkdiyi pərdəni aralayacaq və siz rəqəmlərdən, konkret, daşlaşmış boz nəsnələrdən daha gözəl və anlamlı məfhumların mahiyətinə varacaqsınız. Siz ulduzları, çiçəkləri, kəpənəkləri görəcək, onların içərisindən özünüzə dost seçəcəksiniz. Qısacası, bu əsər tilsimli bir məkanın qapısını aralayır sizə. Məncə, içinizdəki uşağı öldürməmiş bu kitabı mütləq oxuyun.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015237,2bin okunma
·
74 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.