Gönderi

Eyyubova Şəbnəm yorumladı.
Nədən narazısan ? Nədir səni qane etməyən ? Həyatın, olub bitənlər, səndən asılı olmayan şeylər və s. O zaman sənin həyatına səyahət edək, baxaq haklısanmı ? Düşün ki, səni bilinməz bir meşədə, bəlirsiz bir tarixə qədər kəndirə bağlayıb orada saxlayacaqlar və çiy ət, ot və mənşəyi bəlli olmayan su ilə bəsləyəcəklər. O zaman sənin ən ali istəyin nə olacaq ? Bağlı qaldığın kəndirdən qurtulmaq. Bu kəndirdən qurtulsamda, gedib həmişəki masamda əyləşib isti bir çay içsəm deyəcəksən. Niyə ? Çün ki, insan hər daim rahatlıq axtarır, rahat olum, rahat yaşayım. Daima rahatlıq axtarışındasan və düşünürsən ki, rahatlıq indi səndə olmayan şeylərdədir. Maşınım olsaydı işə rahat gedib gələrdim, Pulum olsaydı daha yaxşı əşyaları alardım, pul dərdi çəkməzim başqa nə dərdim nə olacaq ki ? deyib daima axtarışdasan. Sənin dərdin təkdir, rahatlığım olsa xoşbəxt olaram düşüncəsi. Sən özün olmaq istəmirsən, sən başqalarının geyindiklərini, sürdüklərini, gördüklərini istəyirsən. Sual edirəm, sən bütün bu istədiklərini əldə etdikdən sonra rahat olacağına kim və ya nə qaranti edir ? Bəlkə indiki həyatın sənin ən rahat olduğun durumdur nə bəlli, deyilmi ? Əmin ol, bu gün sənin arzuladıqlarından daha çox şeyə sahib olan, hər rahatlığı özünə təmin edən amma tualetə özü gedə bilməyən insanlar tanıyıram. İndi itirəcəyin bir rahatlığın yoxdur, ən azından buna görə rahatsan.
·
291 görüntüleme
Eyyubova Şəbnəm okurunun profil resmi
Öne Çıkan Yorum
👏👏
VüsaIe Quluzadeh okurunun profil resmi
👍👍👌👌👌
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.