Gönderi

- Ulduzların hərəkətinə inanırsan? - Arzu tutmağı deyirsən? - Hə,nə bilim...Ümid verici inamdır sadəcə.Ümidi kəsilənlərin son çırpınışları kimi... - Birdən biz bir-birimizdən tamam uzağa düşsək,məni görmək üçün dilək tutmazdın? Orxan Fərəhdən bir addım arxada dayanmışdı. Qulağına əyilib yavaşca dedi: - Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq.Həyat səni məndən nə qədər uzağa atsa, hər gecə eyni ulduzun altında səninlə görüşəcəyik
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.