Gönderi

Mariya.
-Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin: adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə... Məni düzgün başa düşün... Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər... Kişilərin elə baxışları, təbəssümləri, xülasə qadınlarla elə rəftarları var ki... onlar özlərinə o qədər güvənir, həm də o qədər axmaqcasına güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər... Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti bir şəkildə itaət etməkdən, hər nə istəyirlərsə onu yerinə yetirməkdən ibarətdir... Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir şey istəsələr də vermərik... Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz? Lakin bununla belə mənə elə gəlir ki, sizinlə dostlaşa bilərəm. Çünki o mənasız kişi qüruru sizdə yoxdur... Lakin bilmək olmaz... Quzuya oxşar bir çox adamların ağzında vəhşi canavar dişlərinin ağardığını görmüşəm...
Sayfa 116 - Qanun Nəşriyyatı, 2018. MariyaKitabı okudu
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.