Gönderi

10/10 puan verdi
·
Beğendi
Sizə bəzən elə gəlir mi, sanki oxuduğunuz əsərdə birisinə aşiq olursunuz, çox sevirsiniz və qəlbinizin dərinliklərində istəyirsiniz ki, o an onu görəsiniz, qucaqlayasınız - bir dost kimi, bir yoldaş, bir sevgili-sevdiyi kimi? Mən əsəri oxuduqca içimdə yaranan fırtınaların təsirinə düşürdüm: "Sən nə edirsən, Martin? Özünə gəl. Sevmə onu, Rufu. Yanlış insan, yanlış birisi üçün həyatının dadını unudursan, həyatını uğruna dəyməcəyək şəxslər, cəmiyyət üçün hədər edirsən. Ətrafında səni olduğun kimi qəbullanan qadını, Lizzini, sevmirsən. Nə üçün əlçatmaz, çətin olanlar sənə bu qədər şirin gəlir axı, Martin?! Bircə dəfə o cəmiyyətdən biriylə danışsaydın, görəcəkdin ki, onlar necə bəsitdirlər. Görəcəkdin ki, onlar içi tozlanmış, paslanmış, üstü bəzək, biçimli kuklalardır. Görəcəkdin ki, sənin ağlın, biliyin, təcrübən onların gözündə səni düşmən edəcək. Sən onlara sənin kitabını yazmağa icazə verdin. Getdiyin yol doğru olsa da, seçdiyin motiv yanlış idi" - deyirdim. Cek London bu əsəri oxuyanlara Martin adlı bir insan tanıtdı: qəlbi təmiz, məqsədli, sevimli, güclü, zəhmətkeş, sevməyi bacaran və savadlı Martin İdeni. Sevdiyi üçün təhsil alan, elmin dərinliklərinə enən, yolundan dönməyən Martin İdeni. Doğmalarına canı yanan, istiqanlı Martin İdeni. Əsərdəki elmi-fəlsəfi mübahisələri ayrı bir zövqlə oxudum. Martin və onun həmsöhbətləri sayəsində bir sıra filosofları tanıyacaqsız. Nə qədər yazsam da, Martin İdeni tam təsvir edə bilmərəm. Kitabda işarələdiyim cümlələr saysızdır. Bu əsəri oxumağı sizə şiddətlə tövsiyə edirəm️.
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792,9bin okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.