Gönderi

Artıq 26 Fevraldır. Haylar və rusların 366-cı motoatıcı alayının törətdiyi Xocalı Soyqırımından 30 il keçdi. Bu Xalq başına gələn müsibətləri Unutmadı. Unutmadı ki, bu gün Ukrayna Rusiya və Belarus tərəfindən işğal olunmağa çalışılanda Rusiyanın nə olduğunu bilir. Ukraynanı dəstəkləyir. 32 il əvvəl Bakıda üstümüzdən keçən tanklar vardı. Unutmadıq. Bugün Kiyevdə üstündən keçilən maşını Bakıdakı 20 Yanvar günü əzilən maşınla yan-yana qoyub paylaşdı insanlar. Xocalı kimi müsibət istəmərik ki, Ukraynanın başına gəlsin. Biz çəkmişik. Özü də çox çəkmişik. 20-ci əsr Azərbaycan üçün çox başı bəlalı keçib. Gün üzü görməmişik. Hər qurşaq şəhid verib. 1913-1918, 1920-1925, 1992 Soyqırımları gördük. Ondan da əvvəl ki, əsrdə İlk Göyçədən başlamışlardı. İlk Məcburi Köçkünlərimiz Göyçədən Borçalıya olmuşdu. Zəngəzurdakı, Qubadakı, Bakıdakı Soyqırımları Unutmadıq. Soyumadılar. 6 dəfə sürgünə məruz qoydular bu xalqı. Dilimizi, Mədəniyyətimizi diri saxladıq. Ən əsas olan şeyi Dilimizdən bərk yapışdıq. Bir milləti millət edən ən əsas şeyi dərk edirdik çünki. Necə ki, bunları yazıb bilirəm və paylaşıramsa mənim kimi gənclər də bilirəm ki, unutmayıblar. İçimizdəki kini həmşə diri tutmuşuq. Hər Xocalı Soyqırımı günü Xətaidəki abidənin yanında gənclərin səsini hamı yaxşı eşidirdi. Bilərəm ən yaxşı bu soyqırımı törədənlər eşidirdi. Hələ də o səslər ürküdür qatilləri. Bilməyənlər üçün o səs nə idi desəz? 1 cümlə idi. Qışqıra - qışqıra... Moskva Bir Gün Hesab Verəcək! ©
··
707 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.