Gönderi

Atılmışlar~Qocalar evi
Düzünü söylədim mən sənə ancaq Qardaş, aldatmayaq bir-birimizi, Düzünü deyək ki, atıblar bizi. Gərçəyi gizlədib, düzü danmayaq, Övladlar utansın, biz utanmayaq. Dövranın gərdişi belədir, belə Bu dünya əzəldən yaman dünyadı. Güclünü qaldırar çiyinlərinə, Gücsüzü çiynindən atan dünyadı. Kimini qaldırar yerdən göylərə Kimini endirər göylərdən yerə. Yaxşını yamana, xeyiri şərə, Doğrunu əyriyə satan dünyadı.
·
149 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.