Gönderi

- Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız? Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı: - Mərdlik! Cəsarət. Bəs, siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq. - O, sözünə ara verdi. Papiros çəkməyə icazə istədi və tüstü-duman içində söhbətinə davam etdi. - İndi buraya nəyə gəlmisiniz? Rus əsgərlərini nəyə gətirmisiniz? Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi. - Qaçaq-quldurların kökünü kəsməyə. - Yox. Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdi? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır.
·
351 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.