Gönderi

Sirr.
-Bu təbiəti seyr edərkən o mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırladır; siz bu qıza təəssüflə, bəzən mərhəmət qarışıq bir məhəbbətlə baxırsınız, bəzən isə onu sadəcə görmürsünüz, lakin o birdən, ani olaraq, gözlənilmədən dəyişir, təsəvvürə sığmayan ilahi bir gözəllik kəsb edir, siz bu gözəllikdən son dərəcədə heyrətlənmiş, məst olmuş bir halda, qeyri-iradi, öz-özündən soruşursunuz: "Bu kədərli, düşüncəli gözləri belə parladan hansı qüvvədir? Necə oldu ki, bu solğun, batıq yanaqlara qızartı çökdü? Bu zərif cizgili sifətin ehtiraslı bir təbəssümlə örtülməsinə səbəb nədir? O nə üçün belə tez-tez nəfəs alır? Zavallı qızın çöhrəsini qəflətən qüvvət, həyat və gözəllik ifadələrilə dəyişən, belə şən bir gülüşlə canlandıran nə oldu?" Siz ətrafa baxıb kimi isə axtarır, bu sirri açmağa başlayırsınız... Lakin bu gözəllik ani bir surətdə parladığı kimi, ani olaraq sönüb gedir.
Sayfa 11 - Qanun nəşriyyatı, 2019; 2021Kitabı okudu
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.