Gönderi

Vaksin olunarkən ))
Sonra havalar soyudu. Ah, bu yarpaqları saraldan, qanımı qaraldan payız! Neçə xəngəl qonaqlığı çıxdı əlimdən! Səhər tezdən durub getdim evimizin yanındakı poliklinikaya. Dünəndən elektron növbə götürmüşdüm. İçəri girib gözləmə otağındakı stullardan birində əyləşdim. Nə yalan deyim, həyəcanlı idim. Bir az da qorxurdum. Gözləmə otağında məndən başqa
·
549 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
😂dunen bibim deyir ki 100%vaksinle bizi çipleşdiribler ,dedim hardan bilirsen,deyir beynimde ne dusunsem instagramda qarsima cixirrr 😂😂😂😂
︎Mehdi Mehdili okurunun profil resmi
bibin o xalalardan biridi 😂😂
5 sonraki yanıtı göster
Kitabsever okurunun profil resmi
Səsli güldüme sonluğa🤭
︎Mehdi Mehdili okurunun profil resmi
Rüstəm adında bir qonşumuz var idi. Pandemiya söhbətləri başlayandan bütün xəbərlərə barmaqarası baxırdı. Ən adi qaydalara əməl etmirdi. Onu ancaq məhəllədə görürdüm və xatırladığım qədəri heç vaxt ağzında maska olmurdu.Yalnız bir-iki dəfə marketdə rastlaşanda maska taxdığını görmüşdüm. Əmin idim ki, məcburiyyətdən taxır.Həm cərimələnmək qorxusu, həm də maskasız marketə daxil ola bilməmək!Hər dəfə kiminləsə üz-üzə gələndə, tez maskasını aşağı sürüşdürüb söhbətinə elə davam edirdi. Bu hərəkətiylə virusa inanmadığını, ya da ondan qorxmadığını nümayişkaranə şəkildə göstərirdi.Qonşuda yas düşdü və Rüstəm kişi ora gedənlərdən biri oldu. Mənə də sonradan dedilər, ailədə Rüstəm kişi yasa getməsin deyə çox dil töküblərmiş. Həm yaşı çox idi, həm də sağlamlığında problemlər vardı.Rüstəm kişi yasa ilk gedib ən sonda çıxanlardan olub. Yas boyu da maskadan istifadə eləməyib. Yasdakılar ona irad bildirəndə mızıldanaraq bəlkə altı ay əvvəl aldığı əzik-üzük, rəngi kirdən qaralmış maskasını cibindən çıxarıb yalandan çənəsinə keçirir, uzağı bir balaca ağzına tərəf çəkirdi.Sonra bir gün Rüstəm dayının yaxın qohumlarından biri də bu virusa yoluxdu. Xəbəri eşidən kimi xəstə ziyarətinə gedəcəyini beynində qətiləşdirdi.Məncə, məqsədi ziyarətdən daha çox virusdan qorxmadığnı bir daha subut etmək idi.Yenə ailə üzvləri onu nə qədər bu fikirdən yayındırmağa çalışsalar da bacarmamışdılar. Xəstə ziyarətini elədi, hətta xəstə ilə oturub çay da içiblərmiş. Bunu da xəstə ziyarətindən qayıdandan sonra özü fəxarətlə danışmışdı.Allah adamı bir dəfə qoruyur.Yasda Rüstəm kişini virusdan qoruyan Tanrı xəstə ziyarətində qorumadı. Bəlkə də ibrəti-aləm üçün qorumadı.Hadisədən bir-iki gün sonra Rüstəm kişi virusa yoluxdu. İlk günlərdə öz xəstəliyi ilə məzələnirmiş. Deyirmiw, adi qripdir, bir-iki günə keçəcək. Hətta test verməyə belə lüzum görmürmüş, amma bu dəfə onu birtəhər razı sala biliblər. Çünki özü də görüb ki. bu xına o xınadan deyil.Test nəticəsi “pozitiv” çıxmıwdı.Ciyərlər də dolu kristal..Və Rüstəm kişinin bədənindəki bütün xəstəliqlə xorla çığırışmağa başladı.Reanimasiyaya düşdü.Təxminən bir həftə sonra ölüm xəbəri gəldi.Ailəsi yas vermədi.Qonşulardan biri söylədi: Rüstəm kişi özünü zorla koronavirusa yoluxdurdu!
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.