Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
Bir-birindən fərqli dünyalar…
Bəyənmək az qalar… Uşaq kitabıdırmı? Xeyr. Kitabın adının, cildinin uşaqlar üçün daha uyğun olduğu düşünülsə də, oxuduqdan sonra fikir dəyişir. Ona görə də uşaq kitabları kateqoriyasında olmamalıdır. Bu kitabı bir dəfə oxumaq yetməz. Yalnız dəfələrlə oxuduqdan sonra nə demək istənildiyi başa düşülür. Böyüklər… Hər şeyin rəqəmlərdən ibarət olduğunu hesab edən böyüklər… İnsan böyüdükcə hər şey dəyişir: həyata olan baxışları; ətrafındakı insanlar haqqında düşüncələri. Onlar üçün, demək olar ki, hər şey rəqəmlərdən ibarət olur. Və hər şeyə, hər kəsə rəğmən gülümsəyən uşaqlar… Bəzən düşünəndə görürük ki, əslində uşaqlar böyüklərdən daha dərin düşünür, daha fərqli yanaşır, daha ədalətli olurlar və ən əsası da ətrafdakılarla daha insan davranırlar. Uşaqlar nə qədər kiçik olsalar da hər birinin ayrılıqda öz böyük dünyası var və böyüklər nə qədər böyük olduqlarını düşünsələr də hər birinin kiçik bir dünyası var. Böyüklərin istədikləri bəllidir. Amma uşaqların dünyasına enmək və nələri düşündüklərini, nələri təsəvvür etdiklərini bilmək çox çətindir. Böyüklərin "lazımsız" olduğunu düşündükləri bəzi şeylər uşaqlar üçün çox dəyərli ola bilir. İçinizdəki uşağın hər daim sizinlə birlikdə olması diləyi ilə…
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015237,3bin okunma
·
1 artı 1'leme
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.