Gönderi

78 syf.
3/10 puan verdi
·
4 günde okudu
"Kampanellanın Utopiyası"
Düşünürəm ki, hər bir mütəfəkkirin kitabını oxuduqda, fikirləri ilə yaxından tanış olduqda iki amili gözə almaq lazımdır: 1. Daxili (psixoloji) 2. Xarici (sosial, siyasi və iqdisadi). Kampanellanın məhz bu romanını yazarkən dustaq olduğunu və bu səbəbdən bir çox fikirlərini elə bu amilə görə söylədiyini qeyd etməyimiz labüddür. Kampanella bu kitabda "xüsusi mülkiyyət" anlayışına qarşı çıxsa belə, hər bir pisliyin təməlinə məhz mülkiyyəti qoysa belə, "xüsusi mülkiyyət" deyərkən nəyi nəzərdə tutduğunu bizə açıqlamır. Bu kitabda gördüyüm ilk mənfi xüsusiyyətdir. İkinci olaraq, Kampanella ilk səhifələrdə utopiyasında qadın və kişi bərabərliyindən bəhs etsə belə sonlara doğru qadın əməyi ilə kişi əməyini bir-birindən ayırdığını və bu səbəbdən də öz-özünü tənqid etmiş olduğunu və fikirlərində təzad yarandığının şahidi oluruq. Düşünürəm ki ağlındakı "bərabərlik" anlayışını bizlərə tam çatdıra bilmir. Nəticə etibarilə tənqid etdiyim məqamlar olsa belə, hər bir yazar, mütəfəkkir və s öz dövrünün məhsuludur və onları dövrlərinə və ilk sətirlərdə qeyd etdiyim məqamlara görə oxuyub başa düşməyimiz doğrudur deyə düşünürəm.
Güneş Ülkesi
Güneş ÜlkesiTommaso Campanella · Kapra Yayıncılık · 20213,552 okunma
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.