Gönderi

384 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitabı oxumağa başlayanda hər şey o qədər sirli və ağlasığmaz gəlirki, hadisələrin doğru üzünü vaxt itirmədən öyrənmək istəyir insan. Ona görə də kitabı böyük bir maraqla tez oxuyub bitirdim. Kitab həm maraqlı, həm sirli amma eyni zamanda da vahiməli idi. Gotik bir aurası var idi demek olar. Paris Opera binasının zirzəmisində, üzü tanınmayacaq dərəcədə qorxulu olduğuna görə insanlara görünmədən bir ruh kimi gizli yaşayan musiqi dahisi Opera Hayaleti yaşayır. Bu sirli Ghost-umuz gizlicə xorda Christine'e musiqi dərsləri verərkən, zaman keçdikcə onu çox sevməyə başlayır. Ancaq ona sahib olmaq istəyən yeganə adam o deyil. Bu sirli Ghost-un gənc qıza olan ehtiraslı sevgisi bir müddət sonra dəhşətli qısqanclığa və vəsvəsəyə çevrilməyə başlayanda o, Christine'yı təhlükəli və qaranlıq sonun başlanğıcına bir addım daha yaxınlaşdırır. Opera zirzəmisinin təsvirlərinə sözün əsl mənasında heyran qaldım. O memarlığı gözümdə canlandıra bildim oxuyanda. Ve bu hekayə real hadisələrə dayanırmış guya. Nə dərəcə doğrudu bilmirəm amma o cür bir insanın varlığı tüklər ürpərdicidi. Oxumağınızı tövsüyə edirəm. Oxuyacaq olanlara isə indidən xoş mütaliələr.
Operadaki Hayalet
Operadaki HayaletGaston Leroux · Martı Yayınları · 20142,897 okunma
·
203 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.