Gönderi

"Bana az tən edin, ey əhli-fəsad! Ən böyük düşmanınız cəhlü inad. Yetişir zevqü səfa, çəngü rübab, Yetişir içdiyiniz qanlı şərab, Bu qadar uydunuz İblisə, yetər, Ayılın, qəflət ölümdən də betər... Ayılın, bir baqın aləmdə nə var? Sizi həp məhv edəcək şürbü qumar. Sonu hiçdir, uçurumdur bu yolun, Haq şərabilə bir az sərxoş olun! Fikriniz parlayaraq incəlsin, Ruhunuz rəqs edərək yüksəlsin. Tanrı eşqilə coşan tatlı şərab Böylə etməz sizi bədməstü xərab. Şimdi aslan kibi hər kəs qızğın, Sonra vəhşi canavardan azğın, Daha az sonra domuzdan miskin; Budur əhvalınız axırda sizin!"
Sayfa 37 - PeyğəmbərKitabı okudu
·
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.