Gönderi

146 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Bərbad tərcümə və korrektənin qurbanı
Maraqlıdır, bu qədər qüsuru olan əsəri redaktor çap üçün necə imzalayıb? Mübaliğəsiz deyə bilərik ki, kitabın bu nəşrinin hər bir cümləsində orfoqrafik, üslubi səhvlər var idi: cümlənin başının ayağına uyğun gəlməməsi (anlamanın xeyli çətinləşməsinə və cümlələrin təkrar oxusunu tələb etməklə vaxt itkisinə səbəb oldu), türk imlasındakı mübtədadan sonra vergül qoyulma qaydasının cidd-cəhdlə gözlənilməsi, sətirdən-sətrə keçilmə hallarındakı səhvlər, yanlış yazılmış nə qədər söz... Əgər "Nərmin" yayın evinin başdansovdu tərtib etdiyi bu kitabdakı cümlələri düz başa düşdüksə,
Will Durant
Will Durant
mədəniyyətin şərtlərini (geoloji, coğrafi, psixoloji, irqi), onun iqtisadi, siyasi, əxlaqi, zehni təməllərini bizə çatdırmaq istəyirdi. Yazar hər təməldən bəhs edərkən "vəhşi" adlandırdığı ibtidai insandan yola çıxaraq günümüzün homo sapienslərinə qədər olan uzun bir yol qət edir. Yazarın fikrincə, mədəniyyət binasının özülünü qoyanlar təkcə "vəhşi"lər yox, eyni zamanda onların "mədəni detallar"ı əxz etdikləri heyvanlardır. Kitabda mədəniyyətin ibtidai kommunizmi yox etməsi, dövlətin yaranması, dövlətdə qayda-qanunun tənzimlənməsi, anaxaqanlığının öz yerini ataxaqanlığına güzəştə getməsi, poliqamiyanın taxtını monoqamiyaya həvalə etməsi (günümüzdə taxtın sahibi, bizcə, sual altındadır) və s. kimi məsələlər şərh olunub. Mədəniyyətin formalaşmasında dinin mövqeyini müəyyənləşdirməyə çalışan yazar
Voltaire
Voltaire
'nin "Allah olmasaydı, onu uydurmaq lazım gələrdi" fəlsəfəsindən çıxış edir. Bu kitab
Yusuf Vezir Çemenzeminli
Yusuf Vezir Çemenzeminli
'nin
Qızlar Bulağı
Qızlar Bulağı
tarixi romanında əks etdirilən "Avesta"dakı müəyyən ehkamlar, qəbilələrin evlənmə adətləri, yeddi ərənin danışdığı hekayənin düşündüyümüz kimi, yazıçı təxəyyülünün məhsulu yox, tarixi reallığın bəzədilmiş variantı olduğunu öyrətdi bizə.
Mədəniyyətin təməlləri
Mədəniyyətin təməlləriWill Durant · Nərmin Yayınevi · 201674 okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.