Gönderi

Səhər saat yeddidə dəmiryol vağzalının bufetində oturmuşdular, şirin çaxır içirdilər, boyat çörəklə, qupquru qurumuş holland pendiriylə yavanlıq edirdilər. Məmməd Nəsir Zaurun söhbətinə diqqətlə qulaq asıb soruşdu: —Neçənci mərtəbəyə qalxdı? Zaur: —Altıncıya, — dedi — başımı verərəm ki, səhv etmirəm, öz gözlərimlə görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı... Məmməd Nəsirin yaşı həştadı çoxdan keçmişdi, amma hələ də gümrah idi və allahın var günü səhər tezdən bir-iki stəkan "Ağdam" portveyni vurardı bədənə. Doğrudur, indi əvvəlkindən çox-çox az içərdi, amma əvvəlki təkin mütəmadiyən hər gün içərdi... Axır vaxtlar tez-tez Zaurla içərdilər — illər keçdikcə onların yaş fərqləri itib getmişdi və indi kənardan baxan elə güman edərdi ki, iki qoca şərab içə-içə ötən günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş uzun ömürlərindən söhbət edirlər... Zaur bir də təkrar etdi: —Bina axı beşmərtəbəli idi... Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi: —Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
Sayfa 378Kitabı okudu
··
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.