Gönderi

824 syf.
10/10 puan verdi
·
8 günde okudu
Salam dostlar. Yeni iş həftənizdə hamınıza bol bol uğurlar arzu edirəm. Mənim təhsil məzuniyyətim də bugündən başladı. Ayağımın ağrısından belə görürəm ki, özünü yanvar kimi aparan aprel ayını evdə keçirməli olacam. Nə edək biz də bol bol kitab oxuyarıq. Daha əvvəl tanıtım postunu paylaşdığım "Bronz Atlı" setinin 824 səhifəlik ilk kitabını bitirdim. İkinci dünya müharibəsində yaşanan bir sevgi hekayəsində, Aleksandr və Tatyana təsadüfən yolda tanış olurlar. Daha sonra Aleksandr Tatyananın evinə bacısı Daşanın sevgilisi sifətində qonaq olur və hekayə bundan sonra başlayır. Aleksandr bir tərəfdə Leninqrad küçələrində getdikcə böyüyən müharibə ilə mübarizə apararkən, digər tərəfdən Tatyana və onun ailəsini qorumaq üçün əlindən gələni edir. Tatyana isə vicdanı, bacılığı və sevgisi arasında böyük bir savaş verir. Hekayə davam etdikcə bundan sonra nə olacaq deyib oxuduqca oxumaq istəyirsən. Kuponlarla verilən bir parça çörəklə Leninqradın qandonduran soyuğunda yaşamaq üçün mübarizə aparan ailədən yalnızca birinin hekayəsini oxuyacağınız kitabda, müharibənin yaşamaq üçün insanı hansı sınaqlardan keçirəcəyinin şahidi olacaqsınız. Kitabın sonu isə başqa bir kitabın başlanğıcı olur. Hamınıza bol bol enerji arzu edirəm...
Bronz Atlı
Bronz AtlıPaullina Simons · Pegasus Yayınları · 20161,267 okunma
·
441 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.