Gönderi

"Amma sən məni tanımadın."
9/10
·68 syf.··
Beğendi
·
2023 6. kitabı
·
32 saatte okudu
·
Okunma: 17 Nisan 2023 21:33
Bir qadının hissləri bu qədər gözəl cümlələrlə izah oluna bilməz mənə görə. Zweigin oxuduğum ikinci kitabı oldu və Zweig sevərləri anlayıram artıq hardasa. Cümlələr və cümlələrdəki duyğular, yaşantılar alır götürür səni, düşündürür. R adlı bir yazıçıya aşiq olmuş Qadının məktubunu oxuyuruq başdan sona. Bir növ platonik sevginin təsviri kimi qəbul etsək doğru olar. Bitirənədək müxtəlif hisslərdə oldum, gah Qadına üzüldüm, acıdım gah da əsəbləşdim, dəli oldum. Amma sonda "R"nin qadını xatırlamağa çalışdığı yerdə artıq tam şəkildə ona üzüldüm, bəlkə də haqlıymış. -Bir qadın öz eşqi üçün sevdiyinin ona həyat qadınıymış kimi baxmasına dözərmi? -Ya bir kişi onun üçün eşqdən için-için yanan bir qadını görməyəcək qədər kor və duyğusuz ola bilərmi? Öz ölümün də belə, oğlunun ölümün də belə sevdiyinə yük olmamağı, həyatını alt üst etməməyi düşünən bir qadın. Bəlkə də xəstəlikdi bu, bir pozğunluqdu. Amma mənim hörmətimi qazanan bir eşqdi. "R" sənin kimi hər gün həzz üçün yaşayan kişilər... Kaş son görüşdə o ağ güllərdən tanıyardın onu... Johann, bir də sən təsir etdin mənə, sevdiyi oğlanın belə tanımadığı, sadəcə uşaqlığında gördüyün qızı olgun bir qadın halında belə tanıdın. Sona qədər bir ümid nəyinsə dəyişəcəyini gözlədim, amma yazıçımız bu ümidi belə soldurdu. Bu səbəbdən 10 vermədim. Bilinmeyen Bir Kadının Mektubu Stefan Zweig
Bilinmeyen bir kadının mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,3bin okunma
··
2.356 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Ne gözel yazmisiz. Bu kitabi oxumaq fikri dahada üstelendi mende. Şerhiniz gözeldir
Nəimi
Gönderi Sahibi
təşəkkürlər) sevindim buna
Bu kitab mənə çox maraqlı idi. Kitabı çox gözəl şərh etmisiniz. Duyğularınızı çox rahat və səlis bir şəkildə cümlələrə çevirməyi bacarmısınız. Bizimlə hislərinizi bu qədər aydın şəkildə paylaşdığınız üçün təşəkkür edirəm.👍
Nəimi
Gönderi Sahibi
Mən təşəkkür edirəm ki, vaxt ayırıb oxudunuz. Minnətdaram🙏
Cümlələrin axıcılığına söz ola bilməz. Amma o qadınınkı sevgi deyil. Yəni mənə görə sevgi bu deyil. Bağlılıq, hətta xəstəlik deyərdim. Bütün həyatını, özünü R.adlı bu adam həsr edir, hətta fəda edir,şam kimi əridir deyərdim. Yaxşı sevməsində problem yoxdu. Kimin sevib sevməyəcəyimizə biz qərar versəydik hər şey çox asan olardı, sevgi ürəkdən gələn bir şeydi,amma həddən artıq olan bir şey ilk öncə özünü məhv edir. Sevgi də elədi. Bir də mən heç vaxt R- i qınamıram. Sən necə kor oldun, necə görmədin demirəm. Çünki onun heç bu sevgidən xəbəri yox idi. Bəlkə də bu sevgini bilsə hər şey başqa olardı. İnceleme çox gözəldi. Əməyinizə sağlıq. Təşəkkürlər.
Nəimi
Gönderi Sahibi
Məncə kor olmağı çox normaldı çünki heç gerçək sevgi nədi bilmir axı bu adam, əyləncə xatirinə müxətlif xanımlarla gecəlır keçirir sadəcə. Qadının bu xəstəlik dərəcəsində olan istəyində tamamilə haqlısız. Xoşdu, bəyəndinizsə sevindim. Təşəkkürlər🙏
Şərhiniz çox qəşəng alınıb. Kitabın verdiyi təsiri oxumaq olur.
Nəimi
Gönderi Sahibi
təşəkkürlər, sevindim buna🙏