Gönderi

256 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler!!!
"Bazen kafamda bir 'sil' tuşu olsun istiyorum." (sayfa 17) "Vücudunun nasıl göründüğü ile beyninin nasıl çalıştığı arasında bir bağlantı yoktur!" (sayfa 135) "Hepimizin engelleri var. Sizinki nedir?" (sayfa 149) "Sessizlik nasıl bu kadar gürültülü olabilirdi?" (sayfa 251) "Şimdiye kadar tek bir kelime konuşmadım. Neredeyse on bir yaşındayım." (sayfa 255) Kitabın yarısında olanda bir yorumda kitabı bəyənmədiyimi bildirmişdim. Bu cür kitablar oxumadığım və kitabın akıcı olmadığı üçün bəyənmədiyimi bildirmişdim. Amma kitabı bitirdikdən sonra çox bəyəndim.
Sharon M. Draper
Sharon M. Draper
kitabı həqiqi bir həyat hekayəsindən ilhamlanaraq yazmışdır. 11 yaşı olan "Melodi" anadangəlmə fiziki qüsurları olan, ancaq mənəvi cəhətdən olduqca zəngin və güclü bir qız uşağıdır. Danışma və yerimə qüsurlu Melodi'ni başqa uşaqlardan fərqləndirən onun təkcə barmaqlarını işlədə bilməməsi, fiziki qüsurları deyildi.Onun içində özünəməxsus bir dünyası var idi. O, çox ağıllı və əzmkar qız idi. Digər uşaqlardan fərqli olmadığını sübut etmək üçün o öz qüsurlarının üzərinə cəsarətlə gedirdi. Sonda "normal" uşaqlardan daha ağıllı oldugunu sübut etdi. O, bəzən özünü qapısı və açarı olmayan bir qəfəsin içindəymiş kimi hiss edirdi. Bütün çətinliklərə rəğmən ailəsinin, ona inanan insanların köməyi ilə bir çox şeyin öhdəsindən gəlməyi bacarmışdı. "Melodi" ailəsinin dəstəyilə böyümüşdü. Təbii ki, ailəsinin, sevdiklərinin dəstəyini hiss edən hər bir insan qarşısındakı maneələri aşmaqda çətinlik çəkməz. Yazıçının məqsədi fiziki cəhətdən qüsurlu olan insanların da cəmiyyətdə öz yerinin olduğunu insanlara başa salmaqdır. Məncə, əsl oxunulası kitablar cərgəsində olmağa layiq bir kitabdır.
İçimdeki Müzik
İçimdeki MüzikSharon M. Draper · Timaş Genç Yayınları · 202130,9bin okunma
·
406 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.