Gönderi

488 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Görünür, bütün bunlar dünyanı yaradanın xoşuna gəlir..
Ayaqqabılarını çıxar... Bu sözlərin Tanrının Musaya müraciətindən götürüldüyünü oxuduqdan sonra, dini motivlərlə zəngin bir əsər ola biləcəyi düşüncəsi məndə bir qədər mənfi fikirlər oyatsa da, hələ ilk fəsildən yanıldığımı anladım. Voyniçdən bunu gözləmək belə yanlış idi! Əsərin "Ovod"un müəllifinin qələmindən çıxdığı oxunulan hər səhifədə, hər fəsildə daha aydın hiss olunur. Həm monoloq, həm diaqlolarda keçən bəzi cümlələr insana bir sillə təsiri bağışlayır. Elə bir sillə ki, ona sevdiyi biri tərəfindən vurulub və bu səbəbdən də həm mənəvi iztiraba, kədərə, həm də müəyyən məqamlarda aydınlanmalar yaşamağa səbəb olur. ( Təklif edirəm, bu təsir "Voyniç effekti" adlandırılsın). Yəni, bir əsər düşünün ki, içərisindəki kiçik bir cümlə sizi indiyə qədər heç ağlınıza belə gəlməyən bir mövzu haqda düşünməyə, və ya yanlış yaxud da doğru olduğunu düşündüyünüz bir şey haqda öz düşüncələrinizə tənqidi yanaşmağa vadar edir. Obrazların bu qədər canlı, münasibətlərinin bu qədər dolğun işlənmiş olması onlara qarşı doğma bir bağlılıq yaradır. Sanki, onları özümüzünküləşdirir. Və təəccüblü deyil ki, hətta ən az adı çəkilən, ən az sevilən obrazın taleyinə qarşı belə biganə münasibət bəsləmək mümkünsüzləşir. Əsərdəki tək doğrulmayan gözləntim, Henri ilə Beatrisanın münasibətinin ötən illər ərzində yetərincə səmimi, yetərincə yaxın olması idi, bu isə, təəssüf ki, istədiyim şəkildə baş tutmur. Oysa ki, həyat bu iki insanı, əslində bir-birinə çox uzaq olan bu iki insanı azmı yaxınlaşdırmışdı? Əsərin "Ovod"la əlaqəsinə gəldikdə isə.. Kaş bu əlaqə haqda heç bir şey qeyd edilməzdi. Onsuz da əsərin bütün gedişatı boyunca mövcud olmamış obrazın, sonrakı əlavə 3-4 səhifədə sadəcə olaraq doğulmasına ehtiyac yox idi, məgər əsəri sevərək oxuyan kimsə bu əlaqəni mütləq şəkildə görmək istəyərdimi? Həmçinin, obrazların sonrakı taleyinin də əlavə iki səhifədə qeyd edilməsi gərəksiz idi. Bunun qeyri-müəyyən qalması biz oxuculara imkan verərdi ki, onlara xəyalən istədiyimiz sonluğu yazaq və ya heç bir sonluq haqda düşünmədən, ömürlərinin növbəti illərini də əvvəlkilərə bənzər şəkildə sürdüklərini düşünək.. Son olaraq, həyatınızın ən şirin çağlarını, sizə çox dəyərli olan şeyləri qurban verməyə məcbur olmadan, xoş günləri dada bilməyiniz diləyilə..
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 20235 okunma
·
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.