Gönderi

Axşamlar mən saatlarla küçələri dolaşaraq, yalnız bir şey haqda düşünürdüm - çörək. Çörək görəndə gözlərim parıldayır, çörək görəndə dizlərim bükülürdü; mən içimdən bir ac canavarın baş qaldırdığını duyurdum. Çörək. İnsanlar nəşəxor olduğu kimi, mən də çörəkxor olmuşdum. Lap indinin özündə də man maaş alıb cibimda kağız və dəmir pullar küçə ilə gedəndə o vaxtların ac canavar qorxusu hərdən ruhuma hakim kəsilir; vitrində təzə çörək görəndə mən özümü dükana salıb üzdən dadlı görünən kökələrin hərəsindən birini alıram, sonra rastıma başqa dükan çıxır oradan da çörək götürürəm, adamların yanından keçə-keçə mən qoltuğumu qırmızı qazmaqlı xırdaca, xırtıldayan bulkalarla doldururam və aldığım bu çörəyi mən sonra ev sahibəsi üçün mətbəxə aparıram, çünki təkcə mənə qalsa, aldığımın heç dörddə birini də yeyib qurtara bilmirəm, çörəyin xarab olmasını düşünəndə isə beynimdən, az qalır, alov çıxsın.
·
100 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.