Gönderi

533 syf.
9/10 puan verdi
·
Beğendi
Hər şeymi, heç nəmi? Hakan Gündayın "Kinyas ve Kayra" romanında əslində bu suala cavab tapırıq. Daha doğrusu seçim edirik. Roman yeraltı ədəbiyyat nümunəsidir. Roman haqqında şərhlərdə yazılmışdı ki, romanda insanın eşitmək istəmədiyi şeylər, yəni insanın qorxduğu, qaçdığı, düşünmək istəmədiyi şeylər yazılıb. Həqiqətən düşüncələrdəki ən qaranlıq yerləri üzə çıxarıb. Romandakı qəhrəmanların düşüncələri olduqca qaranlıdır. Amma düşünürəm ki, hər birimizdə ən azı bir ədəd də olsa, bu cür qaranlıq düşüncələr keçmişdir. Mən ilk dəfə idi bu janrda kitab oxuyurdum və çox xoşuma gəldi. Roman iki dost arasındakı münasibəti və daha sonra ayrı-ayrı getdikləri yollardan bəhs edir. Bu iki dost Kinyas və Kayradır. Baş verən hadisələr çoxluq olaraq Afrikada keçir. Yazıçı Afrikanı çox gözəl təsvir edir. Ordakı ədalət sistemindən, başqa ölkələrin Afrikdan istifadə edib milyonlar qazanmasın, yerli əhalinin çörək pulu qazanması üçün hər şeyi edəcəklərin çox gözəl təsvir edib. Gələk bir-birindən fərqli iki dosta. Kinyas və Kayranın bir-birilərindən başqa heç bir dostları yoxdur. Və bu iki dost olduqca fərqlidir. Biri hər şey , biri heç nə. Və romanı oxuduqca hər şeyin necə heç nəyə, heç nəyin də necə hər şeyə dönüşdüyün görəcəyik. Hər şeyi görmək üçün ən dibimi görməliyik? Heç nəyi görmək üçün isə ən üstümü görməliyik?
Kinyas ve Kayra
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 202227,3bin okunma
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.