Gönderi Alıntılamaları

мαтн тeαcнer

мαтн тeαcнer

@math__teacher
·
9ay
Sevirəm mən səni, şiddətli yağışçün sevirəm, Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm. Səni qarçün sevirəm. Və baharçün sevirəm. Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm, Səni sahildə donan çılğın ürəkçün sevirəm. Səni bizçün sevirəm. Və dənizçün sevirəm. Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm, Səni titrək, həyəcanla dolu səsçün sevirəm. Səni odçün sevirəm. Və buludçün sevirəm. Sevirəm mən səni, bu dar küçələrçün sevirəm. Səni tünd qəhvə ətirli gecələrçün sevirəm. Səni hər gün sevirəm. Və şəhərçün sevirəm... Sevirəm mən səni, bir səssiz otaqçün sevirəm, Səni misraların altında varaqçün sevirəm. Səni sözçün sevirəm. Təzə gözçün sevirəm...
İlqar Fəhmi
İlqar Fəhmi