Gönderi

Bir daxma
Qışın oğlan çağı viranə qalan bir daxma Yuva olmuş mənə qəmdən dağılan bir daxma Biz həqiqət dedik əslində yalan bir daxma Olmayan villadan əladı olan bir daxma Nəsib olsun məni də məndən alan bir daxma Mən də uçurum kənarından asılan bir daxma Arzular pəncərəsindən boşalan bir daxma Səsi tənhalıq əliynən boğulan bir daxma Atılan kimsəsiz insan atılan bir daxma Otağım var gecə ruhum qısılan bir daxma O səadət təməliynən qurulan bir daxma Səmti səhrada saraydır tapılan bir daxma Qalan ancaq mənə bənzər qocalan bir daxma Ev olub sahibi qapıdan qovulan bir daxma Yanıb axırda həmin axtarılan bir daxma
··
2 artı 1'leme
·
125 görüntüleme
мαтн тeαcнer okurunun profil resmi
Deyirəm də hayıf olursannn buralarda
şairadam okurunun profil resmi
😂😂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.