Gönderi

Əzəldən şah bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır. Şaha qurban gətirdik biz bu canı, Şahın sözü bizim imanımızdır. Şahı hər deyibən girdik bu yola, Hüseyniyüz, bu gün dövranımızdır. Biz imam qullarıyız sadiqanə, Şəhidlik, qazilik nişanımızdır. Yolumuz incədir, incədən-incə Bu yolda baş verək, ərkanımızdır. Xətaiyəm, məvali, sirri-Heydər, Şahı həq bilmiyən düşmanımızdır.
·
48 görüntüleme
Fatimə Təhməzova okurunun profil resmi
Xətai 🤍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.