Gönderi

·
Puan vermedi
Həyatımda bəlkə də, ilk dəfədir ki, bir kitabı yarım buraxdım. Elxan Elatlının bir çox kitabını oxumuşam. Bəzilərini sevsəm də, sevmədiyim kitabları da olmuşdu. Çoxu kitabında cinsəllik çox ön plana çəkilir. Bəlkə də bunu tənqid edir, amma hər kitabında cinsəlliyə dair səhnələrin olması narahat edici olmağa başlayır. Məncə bir kitab içində cinsəllik mövzusu keçmədən də yazıla bilər. Kitablarında qadınlar fahişə obrazlarında və ya onlar haqqında fahişə imiş kimi danışan “kişi” obrazları da göstərilir. Qadınlar və ya kişilər xəyanətə uğrayır. Bəlkə Elxan Elatlının 1-2 kitabını oxuyub sevə bilərsiniz. Çünki başda mən də sevirdim. Demək olar ki, kitablarının çoxunda bu mövzunu hər dəfə gördüyüm üçün artıq Elxan Elatlı oxumaq mənə çox adi gəlir. Kitab sizin üçün çox maraqlı bir mövzuda yazılmış ola bilər. Bəlkə də, həqiqətən də, maraqlı bir mövzudadır. Lakin mən kitabın əvvəllərində yenə qadını cinsi ehtirasını qarşılamaq üçün varlıq kimi görən məxluqları gördüyümə görə bu kitabı oxumaqdan imtina edirəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
·
93 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.